"PAŞA Bank" qadın liderliyini təşviq edən "Women in Formula One" tədbirinin sponsorudur

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" qadınların avtoidman sahəsində rolunu önə çıxaran "Women in Formula One" tədbirinin sponsoru qismində çıxış edir.
"Formula 1 Azərbaycan Qran-Prisi"ndən əvvəl 19 sentyabr 2025-ci il tarixində Bakıda keçirilən tədbir avtomobil idmanında qadın istedadını və liderliyini vurğulayan yeni bir platformadır. Bu platforma həm yerli, həm də beynəlxalq səviyyədə qadın liderliyinə diqqət çəkərək, iştirakçılara unikal təcrübə və geniş şəbəkələşmə imkanları təqdim edəcək. Tədbir qadınların avtoidman sahəsində artan rolunu nümayiş etdirməyi və gənc nəsli ruhlandırmağı hədəfləyir.
Beynəlxalq səviyyəli peşəkar ekspertlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan "PAŞA Bank"ın insan resusları üzrə baş direktoru Zibeydə Hacıyeva qeyd edib ki, layihəyə sponsorluq Bankın qadınların liderliyini, eləcə də müxtəlifliyi dəstəkləmək öhdəliyinin daha bir nümunəsidir.
"Bu tədbir yalnız qadınların avtomobil idmanında nailiyyətlərini qeyd etmir, həm də gələcək nəsillərə ilham verir. Biz inanırıq ki, qadınların uğuru cəmiyyətin inkişafını sürətləndirir və hər bir gənc qız öz xəyallarının gerçək ola biləcəyinə inanmalıdır,"- deyə, Hacıyeva bildirib.
Qeyd edək ki, "PAŞA Bank" bütün fəaliyyət sahələrində qadınların peşəkar inkişafı, eləcə də sosial həyatda iştirakının gücləndirilməsinə yönəlmiş təşəbbüslərə dəstək verir. Son illərdə Bank bu istiqamətdə tədbirlər, proqramlar və beynəlxalq layihələrdə tərəfdaş olaraq fəal iştirak edib. / banker.az

Banklar     Tarix: 20 sentyabr 2025

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin