"PAŞA Bank" "Visa" beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank"ın fəaliyyəti növbəti dəfə beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilib. Belə ki, Bank, "Visa" beynəlxalq ödəniş sistemi tərəfindən bir neçə nüfuzlu mükafatla təltif olunub.
Beləliklə də, "PAŞA Bank":
– "Visa B2B Connect" xidmətinə qoşularaq müştərilərə beynəlxalq ödənişləri həyata keçirmək imkanını yaratdığına görə "B2B Connect"də ən yüksək artım" ("The highest growth of B2B Connect") nominasiyasında mükafatlandırılıb;
– "Azercell Telekom" ilə müştərək layihə çərçivəsində rəqəmsal kart məhsulunu təqdim edərək Azərbaycanda ilk dəfə Açıq bankçılıq platforması üzərindən öz xidmətlərini telekommunikasiya şirkətinə ötürdüyünə görə ""Azercell Telecom" ilə ilk ko-brend" ("First co-brand with MNO Azercell") nominasiyasında mükafatlandırılıb;
– Ticarətçilərin "Visa" tərəfindən təqdim olunan imtiyazlara qoşulmasına dəstək göstərdiyinə görə "İmtiyazlar dünyasına böyük dəstək" ("Strong support of the World Privileges") nominasiyasında mükafatlandırılıb.
"PAŞA Bank"ın son bir il ərzində rəqəmsal ödəniş ekosistemi sahəsindəki fəaliyyəti və nailiyyətləri qeyd olunan nominasiyalar üzrə mükafat qazanmağına əsas verib.
Qeyd edək ki, Azərbaycan bazarında aktiv şəkildə müasir texnoloji maliyyə həllərini tətbiq edən "PAŞA Bank", ötən illərdə də nağdsız ödənişlərin təşviqi, elektron bankçılıq, rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə kimi bir sıra mühüm istiqamətlərdə əldə olunan nəticələrə görə müxtəlif mükafatlara layiq görülüb. / banker.az

Banklar     Tarix: 12 may 2023

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler bu gunun xeberleri investisiya dollar mezenne pul qazanmaq