"PAŞA Bank" Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 14–16 oktyabr 2025-ci ildə "Iteca Caspian" tərəfindən təşkil olunan 30-cu Yubiley Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində çıxış edib.
Bakı Ekspo Mərkəzində keçirilən və regionun inşaat sənayesində ən nüfuzlu platformalardan biri olan sərgi yerli və beynəlxalq şirkətləri, investorları və sənaye mütəxəssislərini bir araya gətirib.
Bu il Xəzər İnşaat Həftəsi çərçivəsində beş iri sərgi eyni anda baş tutub.
BakuBuild – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi
Rebuild Karabakh – 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi
Aquatherm Baku – 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi
Plastex Caspian – 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi
Road & Traffic – 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi
Rəsmi bank tərəfdaşı qismində "PAŞA Bank" öz maliyyə həllərini, biznes üçün dəstək xidmətlərini və innovativ rəqəmsal məhsulları barədə ziyarətçilərə məlumat verib. Bank təmsilçiləri həmçinin B2B formatlı görüşlər keçirərək şirkətlərə potensial əməkdaşlıq imkanları və layihə maliyyələşdirməsi üzrə fərdi məsləhətlər təqdim edib.
Almaniya, BƏƏ, Çin, İtaliya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan şirkətlərin iştirakı ilə keçirilən sərgilər inşaat sektorundakı ən son texnologiya, innovativ məhsul və davamlı həlləri təqdim edib.
Qeyd edək ki, "PAŞA Bank" bu tərəfdaşlıq vasitəsilə Azərbaycanın özəl sektorunun inkişafını, innovasiyaların tətbiqini və sənaye sahələri arasında əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bir daha nümayiş etdirir. 2025-ci ildə Bank real sektor və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" və "Euromoney" beynəlxalq nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" seçilib, həmçinin "Stevie Awards"–da "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub və "Global Finance" nəşri tərəfindən təqdim olunan "World"s Best Private Banks 2025" mükafatının qaliblərindən biri seçilib.
/ banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?