"PAŞA Bank" "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu"nda iştirak edib

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank", 18 oktyabr tarixində Bakıda keçirilən "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu"nda iştirak edib. Forum, Azərbaycan Mərkəzi Bankı, BMT-nin Azərbaycandakı nümayəndəliyi və müxtəlif maliyyə sektoru assosiasiyaları tərəfindən "29 İqlim Müzakirələri: COP29-a Gedən Yol" təşəbbüsünün bir hissəsi olaraq təşkil olunub.
Tədbirdə "PAŞA Bank"ı təmsil edən İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev bildirib ki, Bank korporativ sektorun aparıcı oyunçusu olaraq dayanıqlı maliyyə alətlərinin inkişafına xüsusi diqqət ayırır.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"COP29 kontekstində, maliyyə institutu olaraq bazarda yeni alətlərə ehtiyacın artdığını görürük. 2021-ci ildən etibarən yaşıl iqtisadiyyat, yaşıl maliyyələşdirmə və yaşıl istiqraz sahəsində cəhdlər etməyə başlamışıq. Regulyativ bazanın olmaması, yaşıl istiqraz terminologiyası ilə bağlı çətinliklər olsa da, bir neçə yaşıl təşəbbüsü maliyyələşdirmişik," deyə, Nağıyev qeyd edib.
Bank rəsmisi, artıq ESG (ekoloji, sosial və idarəetmə) reytinqlərinin verilməsinin maliyyə təşkilatlarını bu istiqamətdə addımlar atmağa təşviq etdiyini vurğulayıb.
"Artıq maliyyələşmə prinsiplərimizə ESG çərçivəsini aşılamışıq və bu, kredit siyasətimizin bir hissəsidir. Uzunmüddətli strategiyamızda, risk perspektivindən sənaye bazasında aktivlərin formalaşdırılması və düzgün alətlərin tətbiqi prioritetdir," deyə, Nağıyev bildirib.
O, "PAŞA Bank"ın hazırda bir neçə layihə üzərində işlədiyini və yaxın zamanda bəzi istiqraz buraxılışlarının olacağını qeyd edib.
"Bank maliyyələşmələri həm də fondlar vasitəsilə təşkil etməyə çalışır. Burada, Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının özünəməxsus fondları var. Müxtəlif banklar da var ki, yaşıl təşəbbüsləri maliyyələşdirmək üçün öz fondlarına sahibdir. Biz həmin fondlarla əməkdaşlıq edərək, onların maliyyə alətlərini yerli bazarda təklif edirik. Biz bu sahədə körpü rolunu oynayaraq öz töhfəmizi verməyə çalışırıq," Nağıyev bildirib.
O, Sahibkarlığın İnkişafı Fondunun yaşıl təşəbbüsləri maliyyələşdirmək üçün təqdim etdiyi maliyyə alətləri və Naxçıvanda və Qarabağda həyata keçirilən yaşıl layihələr barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, "Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu"nda müxtəlif sektorları təmsil edən nümayəndələr qlobal iqlim böhranı ilə mübarizədə "yaşıl" maliyyənin əhəmiyyəti, effektiv tənzimləmə çərçivələri və yaşıl təşəbbüslərə özəl sektor investisiyalarını cəlb etmək strategiyaları haqqında müzakirələr apardılar. / banker.az

Banklar     Tarix: 18 oktyabr 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes