"PAŞA Bank"ın aktivləri artlq ₼9 mlrd.-ın astanasındadır
"PAŞA Bank" ASC-nin 2025-ci ilin 1 oktyabr tarixinə olan aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 8 milyard 932,5 milyon manata çatıb.
Banker.az bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründə8 milyard 575,8 milyon manat idi.
Artım əsasən banklar və digər maliyyə institutlarındakı depozitlərin kəskin çoxalması hesabına olub. Bu göstərici 1 milyard 242,8 milyon manatdan 2 milyard 282 milyon manata yüksələrək 83,5% artım nümayiş etdirib.
Eyni zamanda, müştərilərə verilmiş kreditlər 2,8% artaraq 3 milyard 338,4 milyon manata çatıb. Kredit portfelində biznes kreditləri 2,9 milyard manatdan 3 milyard manata qədər yüksəlib (illik +2,6%), daşınmaz əmlak kreditləri 13,8% artaraq 239,8 milyon manata çatıb. Əvəzində, istehlak kreditləri 18%-dən çox azalaraq 94,5 milyon manatdan 77,6 milyon manata enib.
Nağd vəsaitlərdə isə azalma müşahidə olunub – 1 milyard 733,4 milyon manatdan 821,8 milyon manata geriləyərək 52,6% azalma göstərib.
Cəmi öhdəliklər 7,74 milyard manatdan 7,94 milyard manata yüksəlib (+2,6%). Strukturda ən böyük pay yenə də depozitlərə məxsusdur – 6,77 milyard manat. Burada fiziki şəxslərin depozitləri 8,1% azalaraq 1,92 milyard manatdan 1,76 milyard manata düşüb, hüquqi şəxslərin depozitləri isə 1,3% artaraq 5.01 milyard manata çatıb.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 37,8% artaraq 831,3 milyon manata yüksəlib. Eyni zamanda, bankın subordinasiya borcu 101,9 milyon manat təşkil edib.
Cəmi kapital 838,8 milyon manatdan 996,2 milyon manata qalxaraq 18,8% artım nümayiş etdirib. Bu artımın əsas səbəbi bölüşdürülməmiş mənfəətin 420,9 milyon manatdan 577,5 milyon manata yüksəlməsi olub. Belə ki, "PAŞA Bank" ilk 9 ayda ilk üç rübdə 597,3 mln. manat gəlir, 132,8 mln. manat xalis mənfəət əldə edib

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?