"PAŞA Bank"ın biznes kreditləri portfeli artıb
2023-cü ilin 1-ci rübü ərzində Azərbaycanın ən böyük korporativ bankı olan "PAŞA Bank"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 25 milyon 727 min manat artaraq 31 Mart 2023-cü il tarixində 2 milyard 753 milyon 791 min manata çatıb. 2022-ci ilin sonunda Bankın kredit potfeli 2 milyard 728 milyon 64 min manat təşkil etmişdi.
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ilk rübdə "PAŞA Bank"ın istehlak kreditləri portfeli 486 min manat azalaraq 270 milyon 63 min manata düşüb.
"PAŞA Bank"ın biznes kreditləri portfeli 22 milyon 560 min manat artaraq 2 milyard 368 milyon 794 min manata, ipoteka kreditləri portfeli isə 3 milyon 654 min manat aratraq 114 milyon 935 min manata yüksəlib.
31 mart 2023-cü il tarixində "PAŞA Bank"ın xalis kredit portfeli (67 milyon 564 min manatlıq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric) 2 milyard 686 milyon 228 min manat olub. 2022-ci ilin sonunda Bankın xalis kredit portfeli 2 milyard 670 milyon 966 min manat idi.
Həmçinin oxu
"PAŞA Bank"ın xalis mənfəəti 10%-dən çox artıb



PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Elon Musk kimdir?
İKEA şirkətinin tarixi
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Bitcoin necə işləyir?