"PAŞA Həyat" 2022-ci il üzrə lll rübün sonuna olan maliyyə nəticələrini açıqladı

Ölkənin lider həyat sığorta şirkəti olan "PAŞA Həyat Sığorta" ASC 2022-ci il üzrə 3-ci rübün sonuna olan maliyyə nəticələrini ictimaiyyətə açıqlayıb.
Şirkətdən Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, üçüncü rübün sonuna PAŞA Həyat 62 milyon AZN dəyərində olan ümumi kapital həcmi ilə ölkənin lider həyat sığorta şirkəti mövqeyini qorumağa davam edir. Cəmi aktivlərin həcmi isə 519 milyon manat təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 30% artmışdır.
"PAŞA Həyat Sığorta" ASC bütün məhsullar üzrə müştərilərinə 160 milyon manat sığorta ödənişləri həyata keçirib. Burada iki əsas məhsullar üzrə müştərilərə edilən sığorta ödənişləri belədir:  "Həyatın Yaşam sığortası" üzrə 142 milyon manat, "İcbari Həyat sığortası" üzrə isə 1.6 milyon manat.
Qeyd olunan dövr üzrə yığılmış sığorta haqları 314 milyon manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 34%  çoxdur. 
Nəticədə PAŞA Həyat üçüncü rübü 16.4 milyon manat cəmi məcmu gəlirlə (mənfəət) başa vurub. 
Press-relizdə qeyd edilib ki, şirkət mobil tətbiqin hazırlanması üzrə işlərə davam edir. Şirkətin strateji planlamasına uyğun olaraq bütün məhsullar üzrə avtomatizasiya və maksimum rəqəmsallaşma işləri gedir, məqsəd müştərilərə daha əlçatan məhsul təqdim etməklə onları məmnun etməkdir. Nəticə olaraq "Həyatın Yaşam Sığortası" məhsulu üzrə müştəri məmnunluğu 96% təşkil edir. 
"Banklarla sıx əməkdaşlıq nəticəsində dövlət dəstəyi olmayan "Gəlirli Həyat Sığortası" məhsulu üzrə ötən il ilə müqayisədə 2 dəfə daha çox yığım əldə edilib. Belə ki, şirkətin əsas strateji istiqamətlərindən biri dövlət tərəfindən dəstəklənən məhsullardan olan asılılığı azaltmaqdır. 
Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətindən yana olmalıdır. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir",- press-relizdə bildirilir.
Lider sığorta şirkəti - "PAŞA Həyat Sığorta" ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "İstehsalatda bədbəxt hadisələrin icbari sığortası", yığım tərkibli "Həyatın yaşam sığortası" məhsullarını təklif edir. / marja.az

Banklar     Tarix: 02 noyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler pul qazanmaq internetden pul qazanmaq en son xeberler emlak xeberleri