"PAŞA Həyat" 2023-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqladı

Lider həyat sığortası şirkəti "PAŞA Həyat Sığorta" ASC 2023-ci ilin 1-ci rübü üzrə beynəlxalq standartları əsasında hazırlanmış maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 31 mart 2023-cü il tarixinə şirkətin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon AZN qədər artaraq 9,5 milyon AZN təşkil etmişdir. 
Ötən ilin ilk 3 ayına nəzərən şirkət bu ilin ilk 3 ayında 3 dəfədən çox sığorta ödənişləri həyata keçirib. Belə ki, müştəriyönümlülüyü ilə seçilən şirkət cari ilin ilk rübündə 48 milyon AZN sığorta ödənişi həyata keçirmişdir. 
Qeyd edilib ki. birinci rüb ərzində şirkətin sığorta yığımlarında da artım müşahidə olunub. Ümumi sığorta yığımları keçən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq 124 milyon manata çatmışdır. Burada yığımların əsas hissəsini "Həyatın yaşam sığortası" və "İcbari həyat sığortası" məhsulları təşkil etmişdir - müvafiq olaraq yığımlar 99 milyon AZN və 11 milyon AZN olmuşdur.
PAŞA Həyat şirkətinin dinamik inkişafı digər maliyyə nəticələrində də özünü göstərib. Nəticələrə əsasən, birinci rübdə məcmu aktivlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 613 milyon AZN dəyərində qərarlaşıb. Hesabat dövründə şirkətin ümumi kapital həcmi isə 80 milyon AZN təşkil etmişdir.
Beləliklə, şirkətin cəmi ümumi gəliri 2022-ci ilin ilk rübü ilə müqayisədə 6% artaraq 9 milyon manatda qərarlaşıb.
Daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışan şirkətin hesabat dövründə hazırlanmış mobil tətbiqi istifadəyə verilib. Yeni mobil tətbiq müştərilər üçün cari hesabları üzrə istənilən əməliyyatları smartfon vasitəsilə idarə etmək imkanı yaradır. Həmçinin tətbiqin hər yeni versiyası istifadəyə verildikcə yeni funksiyalar əlavə olunacaqdır. 
Qeyd edilib ki, müştəri məmnunluğunu üstün tutaraq müştərilərə günün 24 saatı, həftənin 7 günü xidmət etmək və operativ cavablandırmanı reallaşdırmaq üçün üçün Mərkəzləşmiş mesajlaşma platforması istifadəyə verilib.
"Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətindən yana olmalıdır. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir",- məlumatda bildirilir.
Lider sığorta şirkəti - "PAŞA Həyat Sığorta" ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin audit olunmuş məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "İstehsalatda bədbəxt hadisələrin icbari sığortası", yığım tərkibli "Həyatın yaşam sığortası" məhsullarını təklif edir. / marja.az

Banklar     Tarix: 27 aprel 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler dollar mezenne pul qazanmaq telefonla pul qazanmaq kicik biznes