"PASHA Bank Cup VI" yarışının birinci mərhələsinə hazır olun

®IT sahəsində təhsil alan və çalışan kadrların potensialının artırılmasına və bu sahəyə marağı olanların bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş "PASHA Bank Cup VI" yarışmasının ilk təsnifat mərhələsi yaxınlaşmaqdadır.
"Data strukturları, axtarış və sıralama alqoritmləri" mövzusunda ilk təsnifat mərhələsi 16-18 avqust 2024-cü il tarixdə onlayn rejimdə keçiriləcək. Müsabiqəyə qoşulmaq üçün nəzərdə tutulan link təsnifat mərhələsinin başlamasına bir gün qalmış paylaşılacaq.
Qeyd edək ki, "Data strukturları və alqoritmləri" mövzusunu əhatə edən "PASHA Bank Cup VI" yarışı 2 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. Müsabiqəyə qatılmaq istəyən proqramçılara hər bir mərhələdən öncə mövzu, hazırlaşmaq üçün mənbə və vaxt veriləcək. Onlayn keçirilən təsnifat mərhələlərində ən çox bal toplayan iştirakçılar yarışın oflayn şəkildə keçiriləcək final mərhələsinə qatılacaq və "PASHA Bank Cup VI" kuboku uğrunda mübarizə aparacaq.
Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri "PAŞA Bank" tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə, yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar Bankda işləmək imkanı əldə edəcəklər.
"Dinamik proqramlaşdırma və qraflar" mövzusunda olan ikinci təsnifat mərhələsi isə 30 avqust -1 sentyabr tarixlərində keçiriləcək. Yarışın final mərhələsi 29 sentyabrda Bakı Mühəndislik Universitetində baş tutacaq.

Banklar     Tarix: 08 avqust 2024

Oxşar xəbərlər

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. Belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən  kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 50 AZ

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd


iqtisadi xeberler avtomobil xeberleri biznes ideyalari online pul qazanmaq internetden pul qazanmaq