POS-terminallarla ödənişlər yeni rekord vurub
Azərbaycanda pərakəndə ticarət dövriyyəsində POS-terminallar vasitəsi ilə ödənişlərin həcmi 2025-ci ilin ilk yarısında 2 milyard 870.3 milyon manata çatıb.
Bu da illik müqayisədə 559.8 mln. manat və ya 24 faiz artım deməkdir.
Keçən ilin müvafiq dövründə ölkədəki pərakəndə ticarətdə POS-terminallarla ödənişlərin həcmi 1 mlrd. 819.9 mln. manat olmuşdu.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə ilk yarımildə pərakəndə ticarət dövriyyəsi 6 milyard 879.6 milyon manat olmaqla öncəki ili illik müqayisədə 836.5 milyon manat və ya 14 faiz üstələyir.
Beləliklə, pərakəndə ticarət dövriyyəsində POS terminallarla ödənişlər daha yüksək dinamika ilə yüksəlir. POS terminalların pərakəndə ticarətdəki ümumi ödənişıərdəki payı son bir ildə 30 faizdən 33 faizə qalxıb. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Bill Qeyts kimdir?