Premium Bank "ənənəvi biznesin"dən əvvəlki kimi gəlir əldə edə bilmir

Premium Bank "Premium Bank" ASC 2023-cü ildə xalis mənfəət əldə etdiyini açıqlasa da, əsas fəaliyyət istiqaməti olan müştəri kreditlərindən gəlirləri öncəki ildən aşağıdır.
Banker.az bankın rüblük hesabatına istinadla xəbər verir ki,  bank 8.03 mln. manat cəmi faiz gəliri əldə edib. Cəmi faiz gəlirləri illik 4.4% artım göstərsə də, müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 10% azalma ilə 6.56 mln. manata düşüb.
Bankın bu istiqamətdə geriləməsi  təkcə 2023-cü ilin işi deyil. Məsələn, bank 2018-ci ilin birinci rübündə kreditlərdən 7.08 mln. manat faiz gəlir əldə etdiyi halda, 2019-cu ildə 10.38 mln. manata yüksəlişdən sonra, azalma trendi başlamaqla 2020-ci ildə 8.29 mln. manata, 2021-ci ildə 7.91 mln. manata və 2022-ci ildə 7.32 mln. manata qədər düşmüşdü. Cari ildə təkrarən bildirik ki, 6.56 mln. manata qədər azalma yaşayıb.
Faiz gəlirlərindəki artımın səbəbi banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirlərinin 1.22 mln. manat  kəskin sıçrayışla artmasıdır.
"Premium Bank" ASC  1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın kredit portfelinin böyük hissəsi nəqliyyat sektoruna, daha dəqiq hava nəqliyyatı sektorunda verdiyi kreditlər formalaşdırır və gəlirlər də məhz buradandır.
Faiz gəlirlərini illik müqayisə etdiyimiz kimi, kredit portfelini də illərin ilk rüblərini götürməklə müqayisə etməyə çalışacağıq. Bankın 468.75 mln. manatlıq cəmi kredit portfelinin (illik: 4% azalma) 429.14 milyon manatı Biznesə verdiyi kreditlərdir. Biznes kreditləri illik müqayisədə ildən  ilə azalma müşahidə etdirir. Məsələn, 2020-ci ilin 1 aprelinə biznes kreditləri portfeli 563.69 mln. manat, 2021-ci ilin eyni dövrü 488.8 mln. manat, 2022-ci ilin eyni dövrü isə 454.45 mln. manata düşüb.
Lakin bankın kredit portfeli ölkənin bank sektorunun ümumi göstəricilərini nəzərə alsaq, olduqca sağlam bir durumdadır. Bankın 468.75 mln. manatlıq kredit portfelinin yalnız 3.42 mln. manatı vaxtı keçmiş kreditlərdir və kredit portfelinin heç 1%-ni belə təşkil etmir. Ölkə üzrə bu rəqəm ortalama 3% ətrafındadır.
Beləliklə, kommersiya bankı 2023-cü ilin birinci rübündə 4.38 mln. manat qeyri-faiz gəliri əldə edərkən, 2.17 mln. manat faiz və 7.1 mln. manat qeyri-faiz xərci çəkib. Bununla da 2.77 mln. manat əməliyyat mənfəəti edib (öncəki il: 2.15 mln. manat).
Nəticə olaraq bank rübü 3.51 mln. manatlıq xalis mənfəətlə tamamlayıb. Xalis mənfəətdə öncəki ildən (1.39 mln. manat) çox olmasına əsas amillərdən biri də 0.76 mln. manatlıq mümkün zərərlər üzrə ayrılan ehtiyatlardan daxilolmadır.
Xatırladaq ki, bankın balansında 11 mln. manat bölüşdürülməmiş mənfəət var.
Premium Bank Premium Bank

Banklar     Tarix: 27 aprel 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler dollar mezenne pul qazanmaq telefonla pul qazanmaq kicik biznes