Pul Kütləsinin İfrat Artımı və Sistemli İdarəetmə

Pul Kütləsinin İfrat Artımı və Sistemli İdarəetmə1863–2009: 146 İldə Formalaşan Dollar Kütləsi
Müasir iqtisadiyyatın əsas dayaqlarından biri pul kütləsinin idarə olunmasıdır. Bu idarəetmə tarixi dövrlərdə fərqli yanaşmalar tələb etsə də, son yüz ildə pul siyasətinin manipulyasiya imkanları görünməmiş həddə çatmışdır.
1863–2009 illəri arasında ABŞ-da dövriyyəyə buraxılan pul aqreqatlarının həcmi belə idi:
• M1 (fiziki pul və likvid vəsaitlər): 1.7 trilyon dollar
• M2 (əmanət, fond və digər qismən likvid aktivlər): 8.5 trilyon dollar
• Ümumi pul kütləsi: 10.2 trilyon dollar
Başqa sözlə, 146 il ərzində ABŞ iqtisadi sistemində toplam 10.2 trilyon dollar dövriyyəyə buraxılmışdı.
Lakin bu sabit sistem 2008-ci il maliyyə böhranı ilə sarsıldı və nəticədə tədavüldə olan pul kütləsi daha əvvəl görünməmiş sürətlə artdı.

2009–2020: Dollar Kütləsinin Dramatik Artımı

2008-ci ildə ABŞ iqtisadiyyatı ən böyük böhranlardan birini yaşadı. Bank sistemində yaranan böhran və mənzil bazarında şişirdilmiş aktivlərin çöküşü, Federal Ehtiyat Sistemini (FED) ciddi tədbirlər görməyə məcbur etdi.
Bu tədbirlərdən ən əsası kəmiyyət yüngülləşdirməsi (quantitative easing) oldu. Yəni FED daha çox pul çap edərək iqtisadiyyata süni likvidlik daxil etdi.
Nəticədə, 2009–2020 illəri arasında:
• M1 pul kütləsi 5 trilyon dollar artaraq 6.7 trilyon dollara çatdı.
• M2 pul kütləsi 10.9 trilyon dollar artaraq 19.4 trilyon dollara yüksəldi.
• Cəmi pul kütləsi 26.1 trilyon dollara çatdı.
Bu o deməkdir ki, 146 il ərzində dövriyyəyə buraxılan pul kütləsi (10.2 trln $), cəmi 11 il ərzində 2.5 dəfə artırıldı.
Bu rəqəmlər iqtisadiyyatda tədavüldə olan pulun əvvəlki standartlardan kənara çıxdığını göstərir. Əgər iqtisadiyyatda əmtəə və xidmətlərin həcmi bu qədər artmırsa, bu zaman sistemin özündə ciddi struktur problemi yaranır.

Pul Kütləsi və İqtisadi Qanunlar

İqtisadiyyatda belə bir fundamental qayda var:
1 əmtəə = 1 pul.
Bu nə deməkdir?
• Əgər bazarda 1 məhsul varsa və 1 pul vahidi dövriyyədədirsə, həmin məhsulun dəyəri 1 pul olacaq.
• Əgər bazarda əmtəələrin sayı dəyişmirsə, lakin dövriyyədə olan pul miqdarı ikiqat artırsa, o zaman inflyasiya baş verir.
• İstehlak bazarındakı qiymətlər məhz bu mexanizmin nəticəsində yüksəlir.
Onda belə bir sual yaranır: ABŞ hökuməti bu artan pul kütləsi ilə necə mübarizə aparır?

Pul Kütləsinin İdarə Edilməsi: Süni İqtisadi Strategiyalar

Pul dövriyyəsinin əsas problemi onun bərabər paylanmamasıdır.
• Bazarda müəyyən bir seqment böyük həcmdə pulu əlində saxlayır.
• Digər seqment isə dərhal istifadə oluna bilən "sıcak para"ya ehtiyac duyur.
Əgər iqtisadiyyat bu disbalansdan dolayı yavaşlayırsa, dövriyyəni saxlamaq üçün daha çox pul çap edilməlidir.
Lakin bu sonsuz pul çapı nə qədər davam edə bilər?
Bunun həlli yeni iqtisadi mexanizmlər yaratmaqdır. Belə mexanizmlərdən biri də Bitcoin və kriptovalyutalar oldu.

Bitcoin: Rəqəmsal Qurtuluş, yoxsa Süni Dəyər?

2008-ci il böhranından sonra Blockchain adlı bir sistemin yaradılması təsadüfi deyil.
• Bu sistem yalnız decentralized (mərkəzsiz) olduğu üçün bazar tərəfindən qəbul edilə bilərdi.
• Ancaq əsas məqsəd tədavüldəki artıq pul kütləsini əritmək üçün bir vasitə yaratmaq, həmçinin kağız pullardan tədricən, ağrısız-sancısız şəkildə rəqəmsal pula keçidi təmin etmək idi.

Bu necə baş verir?

1. Fərqli dünya ölkələrinin mediasında öncə Bitcoin-ə və digər kriptovalyutalara geniş populyarlıq qazandırıldı.
2. İnvestorlar kütləvi şəkildə kriptovalyuta alətlərinə pul yatırmağa başladılar.
o Nəticədə, son 14 ildə kriptovalyuta bazarının ümumi kapitallaşması 4 trilyon dollara yaxınlaşdı.
3. Bu illər ərzində hər böyük düşüş zamanı sistem 200-300 milyard dolları yox edir və bunu süni enişlər vasitəsilə periodik olaraq davam etdirir.
4. Məsələn, son üç böyük "Crash" nəticəsində tədavüldə olan puldan artıq 5 trilyon dollar silinmişdir.

Bəs bu pul hara gedir?

Heç yerə! Çünki dəyər sadəcə yox edilir.
Bu, 2009–2025-ci illər arasında artıq pul kütləsinin insanların əlindən dolayı yolla toplanaraq "yandırılmasının" bir sistemidir.

Kriptovalyutalar və ya Bitcoin: Yox Olacaqmı?

Mən Bitcoin-in tamamilə yox olacağını demirəm.
Amma BTC-nin süni şəkildə dəyər qazandırılmış "heçlik" olduğunu əminliklə deyirəm.
Bu süni dəyər qazanma prosesi 10 il yox, 100 il də davam edə bilər.
• Zaman keçdikcə bir çox kriptovalyuta yox olacaq, digərləri isə populyarlıq qazanacaq.
• Hətta bu gün bazarda olmayan bəzi kriptovalyutaların bir müddət sonra TOP 10-luğa daxil olduğunu görə bilərik.
• Eləcə də, hazırda yüksək bazar dəyərinə malik bəzi kriptovalyutaların tamamilə yox olmasını müşahidə edə bilərik.

Bütün bu proseslər bir oyun sistemidir:

- Əvvəlcə süni dəyər yaradılır.
- Sonra həmin dəyər müəyyən aralıqlarla qırılır.
- Hər böyük "bull run" (buğa trendi) trilyonlarla dolların bazardan silinməsi ilə nəticələnir.
- Amma bu silinən pul real iqtisadiyyata qayıtmır, sadəcə yox olur.
Əgər ticarət edirsinizsə, alış-satış arasındakı fərqdən real qazanc əldə edin, pulu çıxarıb gerçək dünyada dəyərləndirin.
Ancaq heç vaxt uzunmüddətli olaraq hər hansı bir kriptovalyutaya bel bağlamayın...

Bitcoin – Süni Dəyər, yoxsa Gələcəyin Valyutası?

Pul sistemində manipulyasiya tarixin ən köhnə taktikalarından biridir.
Həmişə dövriyyədəki artıq pulun iqtisadiyyata təsirini balanslaşdırmaq üçün süni mexanizmlər yaradılıb.
Bitcoin isə bu sistemin modern bir variantıdır.
Bununla belə, dünya tədricən rəqəmsal pula keçid edir və gələcəkdə kriptovalyutalar əsas tədavül vasitələrindən biri olacaq.
Amma məhz hansı kriptovalyutalar?...

Müstəqil Maliyyə Analitiki, Ekspert Lətif Baxışov

Maliyyə     Tarix: 16 fevral 2025

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə


iqtisadi xeberler dollarin kursu bu gun dollar mezenne dollar kursu biznes ideyalari