"Qafqaz-Kredit"in kredit portfeli kiçilib, faiz gəlirləri azalıb
BOKT "Qafqaz-Kredit" MMC 2022-ci ili 39 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 23 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, təşkilatın 2021-ci ildə 262 min manat təşkil etmiş faiz gəlirləri, 2022-ci ildə 254 min manata düşüb. Eyni zamanda, ötən il "Qafqaz-Kredit" 12 manat digər gəlirlər əldə edib.
"Qafqaz-Kredit"in xalis mənfəətinin artmasına digər gəlirləri, eyni zamanda haqq, komissiya, inzibati və digər əməliyyat xərclərinin azaldılması səbəb olub.
BOKT "Qafqaz-Kredit" 31 dekabr 2022-ci il tarixində 879 min 798 manat cəmi kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. 2021-ci ilin sonunda təşkilatın kredit portfeli 977 min 137 manata çatmışdı.
BOKT "Qafqaz-Kredit" MMC-nin nizamnamə kapitalı 592 min manat təşkil edir.
Qeyd edək ki, BOKT "Qafqaz-Kredit" MMC-nin ilkin təsisçisi olan Danimarka Qaçqınlar Şurası beynəlxalq humanitar təşkilatı 11.10.2010-cu il tarixdə 4880 AZN məbləğində nizamnamə kapitalını, habelə 02.05.2011-ci il tarixdə 243986,54 AZN məbləğində Danimarka Xarici İşlər Nazirliyinin 1997-2002-ci illərdə Gəlir Yaradılması Proqramı çərçivəsində Azərbaycana ayırdığı qrant fondları dövriyyə vəsaitini nizamnamə kapitalına pay şəklində Əminova Xalisə Şahnəzər qızı (33.4% pay), Qurbanov Arif Adil oğlu (33,3% pay) və Rəsulova Züleyxa Nurməmməd qızına (33,3% pay) bağışlayaraq təsisçilik hüququnu milli işçi heyətinə ötürmüşdür. Bağışlama əsasında təsis payına sahib olan hazırki təsisçilər, eyni zamanda, işçi/istehlakçı statusuna malikdirlər və BOKT ilə münasibətləri həm mülki, həm də əmək qanunvericiliyi əsasında tənzimlənir.


/ marja.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın ən bahalı restoranları
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta nədir və necə alınır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?