"Qazprombank": "İnflyasiya riskləri nəzərə alınaraq, Azərbaycanda uçot dərəcəsinin artımı davam edəcək"
Rusiya "Qazprombank"ı Azərbaycan Mərkəzi Bankının (AMB) artan inflyasiya riskləri fonunda dekabr ayında yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 8,25%-ə çatdıracağını gözləyir.
Bu barədə "Qazprombank"ın Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib.
"Oktybarın 28-də keçirilən iclasda AMB yenidən maliyyələşdirmə dərəcəsinin artırılması tsiklini bərpa edib, onu 25 baza bəndi artıraraq 8%-ə çatdırıb. Biz gözləyirdik ki, ölkə üzrə milli valyutada əmanətlərin artımında müsbət dinamikanın davam etməsi və əmanətlərin dollarlaşmasının azalması fonunda faiz dərəcəsi dəyişməz qalacaq.
Bundan əlavə, pul-kredit şərtlərinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini 1 faiz bəndi qaldıraraq 5%-ə çatdırıb, yuxarı həddini isə 9,25% səviyyəsində saxlayıb. Bu, AMB-nin iqtisadiyyatda kredit fəaliyyətini tənzimləmək imkanlarını genişləndirəcək", – G.Xaydarşina deyib.
Onun sözlərinə görə, bütün bunlarla yanaşı, AMB yenə də 2023-cü ildə inflyasiyanın yavaşlamasını gözləyir.
"İqtisadiyyatdakı risklərin tarazlığını şərh edən AMB qeyd edib ki, sonuncuya əsasən xarici amillər təsir edir. BVF-nin 2022-2023-cü illər üçün qlobal inflyasiya proqnozu əvvəllər proqnozlaşdırılandan daha yüksək qiymət artım templərini gözləməyə əsas verir. Digər tərəfdən, qlobal iqtisadiyyatda tənəzzül ehtimalının yüksək olması maliyyə və əmtəə bazarlarında tərəddüdlərin artmasına gətirib çıxara bilər. Mərkəzi Bankdan onu da vurğulayıblar ki, daxili makroiqtisadi siyasət bu risklərin azaldılmasına (o cümlədən büdcə qaydasının tətbiqi yolu ilə) yönəldiləcək. Pul-kredit siyasətinin əməliyyat əsasının davamlı şəkildə təkmilləşdirilməsi də buna kömək edəcək", – "Qazprombank"ın nümayəndəsi söyləyib.
Eyni zamanda, onun sözlərinə görə, AMB yenidən maliyyələşdirmə dərəcəsinin trayektoriyası ilə bağlı heç bir siqnal verməyib, hərçənd ki, faiz dəhlizinin daha da darala biləcəyinə işarə edib və bu, həm də monetar şərtlərin sərtləşməsinə gətirib çıxaracaq. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
SMM nə deməkdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq üçün nə lazımdır?