Qərb ölkələrinin əsas bankları Rusiyadakı törəmələrini sata bilmir
Rusiyada törəmə şirkətləri olan 45-ə yaxın Qərb bankı Rusiyadakı aktivlərini satmaq üçün münasib təkliflər tapa bilmir.
Bu barədə "The Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, əsasən, Rusiya Prezidenti Vladimir Putinin "dost olmayan" dövlətlərin şirkətlərinə ölkə hakimiyyətinin müvafiq icazəsi olmadan belə əməliyyatları həyata keçirməyi qadağan edən fərmanının təsiri ilə bağlı idi.
Ekspertlər hesab edirlər ki, belə bir fərman gələcək sövdələşmələrin bəzilərini poza, digərlərinin isə şərtlərini əsaslı şəkildə dəyişdirə bilər. Eyni zamanda, Kremlin bəzi hallarda Qərb şirkətləri tərəfindən Rusiya törəmə şirkətlərinin satışı ilə bağlı potensial müqavilələrin birbaşa iştirakçılarına təzyiq göstərmək üçün öz inzibati resurslarından istifadə etməsi vəziyyəti daha da gərginləşdirir. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Cash Back nədir?
Dünyada ən çox oxunan 5 kitab
Bitcoin nədir?
Biznes nədir?
Swift nədir?