Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmindən yararlanan fermerlərin sayı çoxalmaqdadır.
Aqrar Sığorta Fondundan Marja-ya verilən məlumata görə, Sentyabr ayının birinci yarısı və ortalarında ölkənin əksər ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılar və onların nəticəsində yaranan sel-subasma, eləcə də fırtına-qasırğa halları kənd təsərrüfatına da təsir edib.
Yağış, sel-subasma və fırtına halları ilə əlaqədar olaraq sığortalı əkin sahələri və təsərrüfatlardan Fonda müraciətlər daxil olmağa başlayıb.
Müraciətlər Ağcabədi, Ağdam, Balakən, Yevlax, Tərtər, Masallı, Ucar, Zərdab, Ağstafa rayonları üzrə qeydə alınıb. Ən çox müraciət pambıq sahələrinə dəyən zərərlərlə bağlıdır. Belə müraciətlər Ağcabədi, Ağdam, Yevlax və Zərdab rayonları üzrə qeydə alınıb.
Bundan başqa, qarğıdalı, şaftalı, naringi, nar, çəltik, alma və sair məhsullar üzrə də müraciətlər daxil olub. Ümumilikdə son 10 gün ərzində fonda 40-dan artıq müraciət daxil olub.
Bütün müraciətlər Aqrar Sığorta Fondunda baxılır, müstəqil aqrar sığorta ekspertlərinə yönəldilir və ekspertlər hadisə yerinə baxışa göndərilir. Hazırda ölkənin müxtəlif bölgələrində onlarla aqrar sığorta eksperti müraciətlər üzrə hadisələri araşdırırlar.
Hadisələrin tənzimlənməsi başa çatdıqdan sonra araşdırmanın nəticələrindən asılı olaraq fermerlərə aqrar sığorta ödənişlərik həyata keçiriləcəkdir.
Aqrar Sığorta Fondu müşahid edilən qeyri-sabit hava şəraitin nəzərə alaraq sığortalı fermerləri öz təsərrüfatlarındakı vəziyyəti izləməyə və hadisə baş verdikdə fonda müraciət etməyə dəvət edir.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Swift nədir?
Elon Musk kimdir?
Dünyanın ən varlı 10 müğənnisi