Qiymətləndiricilər Palatası: Bank əməkdaşının qiymətləndirmədə iştirakı qanunsuzdur
Azərbaycan banklarının əməkdaşlarının qiymətləndirmədə iştirakı "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunla ziddiyyət təşkil edir.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) məlumat yayıb.
Palata bəyan edib ki, bankların bu fəaliyyətlə məşğul olmasına hüquq verən yeganə əsas Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"dır. Bu Qaydanın 7-ci maddəsinin 7.3. baddində göstərilir ki, təminatın qiymətləndirilməsini kreditin verilməsi prosesində iştirak etməyən bankın əməkdaşı və yaxud "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq fəaliyyət göstərən qiymətləndirici aparır. Lakin qiymətləndirməni bankın əməkdaşının aparması adı çəkilən qanuna ziddir.
Belə ki, Qanunun 1-ci maddəsində göstərilir ki, qiymətləndirmə fəaliyyəti, bu Qanunla müəyyən edilmiş hallarda, habelə sifarişçinin müəyyən etdiyi məqsədlər üçün qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyətdir. Qiymətləndirici, bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxsdir. Qiymətləndirici təşkilat, əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsdir. Sifarişçi isə, mülkiyyətində və ya istifadəsində olan qiymətləndirmə obyektinin qiymətləndirilməsi məqsədilə qiymətləndirici və ya qiymətləndirici təşkilatla bağladığı qiymətləndirmə haqqında müqavilə əsasında qiymətləndirmə xidmətinin son istehlakçısı olan fiziki və ya hüquqi şəxsdir.
Qanunun 5-ci maddəsinin 5.3. bəndində isə konkret olaraq göstərilir ki, Qiymətləndirici öz fəaliyyətini müstəqil və ya qiymətləndirici təşkilatla bağladığı əmək müqaviləsi əsasında həyata keçirir. Yəni, qanun tələb edir ki, qiymətləndirmə fəaliyyəti qiymətləndirici tərəfindən həyata keçirilməlidir. Bu isə AQP-nin üzvü olan və müstəqil fəaliyyət göstərən fiziki şəxs və ya əsas fəaliyyət sahəsi qiymətləndirmə olan qiymətləndirici təşkilatdır. Yəni, bu halda bank əməkdaşı Qiymətləndirici funksiyasını icra edə bilməz.
Qiymətləndiricinin müstəqilliyi ilə bağlı Qanunun 15-ci maddəsində göstərilir ki, sifarişçinin və digər maraqlı şəxslərin qiymətləndiricinin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Bu halda da bank əməkdaşının müstəqilliyi sual altına düşür.
Həmçinin Sifarişçinin hüquqları ilə bağlı Qanunun 13-cü Maddəsində bildirilir ki, Sifarişçi qiymətləndiricini və ya qiymətləndirici təşkilatı müstəqil seçmək və onlarla qiymətləndirmə haqqında müqavilə bağlamaq, eyni zamanda qiymətləndiricidən Qiymətləndiricilər Palatasına üzvlük vəsiqəsini təqdim etməsini tələb etmək; qiymətləndirmənin nəticələri ilə razılaşmadıqda, Qiymətləndiricilər Palatasına və məhkəməyə müraciət etmək kimi hüquqlara malikdir. Bütün bunlar isə, yenə təsdiq edir ki, bank əməkdaşının Qiymətləndirici funksiyasını icra etməsi qanuna uyğun deyil. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Start-up nədir?
Onlayn biznes növləri
CV hazırlayarkən buraxılan 5 səhv
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?