Qızılın qiyməti son 6 ayın ən yüksək səviyyəsinə çatdı

Qızılın qiyməti son 6 ayın ən yüksək səviyyəsinə çatdıQızıl, ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin gələn il faiz dərəcələrini aşağı salmağa başlaya biləcəkləri barədə açıqlamalarından sonra daha da bahalaşıb.
Mara.az xəbər verir ki, İsrail və HƏMAS arasındakı qarşıdurmalardan sonra "təhlükəsiz liman" alışlarının təsiri ilə qızılın qiyməti oktyabrın əvvəlindən bəri təxminən 12% artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bu gün qlobal bazarlarda qızılın 1 unsiyasının (31,1 qram) qiyməti 2043 dollara çatıb.
FED-in İdarə Heyətinin üzvü Kristofer Uollerin faiz dərəcələrinin yenidən yüksəlməsinə ehtiyac olmaya biləcəyini irəli sürməsindən sonra dollar dəyər itirsə də, istiqraz faizləri noyabr ayında da yüksəlişini davam etdirib.
İqtisadi inkişafın yavaşladığına dair işarələr olduğunu bildirən Uoller, inflyasiyanın bir neçə ay daha aşağı düşməyə davam edəcəyi təqdirdə FED faizini aşağı sala biləcəyinə dair yaxşı iqtisadi arqumentlərin olacağını qeyd edib.
İnvestorlar gələn il ABŞ-da sərt iqtisadi tənəzzül və pul siyasətinin aqressiv yumşaldılacağını nəzərdə tuturlar.
Bu həftə investorlar faiz dərəcələrinin istiqaməti ilə bağlı daha çox ipucu əldə etmək üçün FED-in izlədiyi əsas inflyasiya məlumatı daxil olmaqla ABŞ-ın iqtisadi məlumatlarını yaxından izləyəcəklər.
"Qızılın qiyməti yeni rekordlarına doğru irəliləməyə başlayıb"
"Fundstrat" tədqiqat firmasının idarəedici direktoru və texniki təhlil üzrə eksperti Mark Nyuton hesab edir ki, qızılın qiyməti bütün zamanların yeni rekordlarına doğru irəliləməyə başlayıb.
Analitikin fikrincə, 2009,41 dollardan yuxarı bahalaşma qızılın bir unsiya üçün 2060-2080 dollar aralığına yol açmalıdır. Müqavimət səviyyəsinin 2080 dollarda qırılması tez bir zamanda qiymətin daha da artmasına səbəb olacaq.
"Fundstrat" eksperti real faiz dərəcələrinin gözlənilən enişini, cari geosiyasi riskləri və digər amilləri nəzərə alaraq qızılın unsiyası üçün texniki hədəfi 2500 dollar səviyyəsində müəyyənləşdirib. 
Bununla belə, Nyuton aydınlaşdırıb ki, onun proqnozu bu ilin sonuna qədər mütləq gerçəkləşməyəcək. / marja.az

Maliyyə     Tarix: 29 noyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin