"Qızılın qiyməti yeni rekordlarına doğru irəliləməyə başlayıb"
"Wall Street"də qızıl qiymətlərinin rekord həddə - 2500 dollara yüksələcəyi proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, çərşənbə axşamı, noyabrın 21-də qızıl dərhal 3% bahalaşıb və bir unsiyası əsas psixoloji həddi 2000 dolları keçib. Lakin o, hələ də bu səviyyədən yuxarı mövqe qazana bilməyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bununla belə, "Fundstrat" tədqiqat firmasının idarəedici direktoru və texniki təhlil üzrə eksperti Mark Nyuton hesab edir ki, qızılın qiyməti bütün zamanların yeni rekordlarına doğru irəliləməyə başlayıb.
Analitikin fikrincə, 2009,41 dollardan yuxarı bahalaşma qızılın bir unsiya üçün 2060-2080 dollar aralığına yol açmalıdır. Müqavimət səviyyəsinin 2080 dollarda qırılması tez bir zamanda qiymətin daha da artmasına səbəb olacaq.
"Fundstrat" eksperti real faiz dərəcələrinin gözlənilən enişini, cari geosiyasi riskləri və digər amilləri nəzərə alaraq qızılın unsiyası üçün texniki hədəfi 2500 dollar səviyyəsində müəyyənləşdirib.
Bununla belə, Nyuton aydınlaşdırıb ki, onun proqnozu bu ilin sonuna qədər mütləq gerçəkləşməyəcək.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Dünyada ən çox oxunan 5 kitab
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?