Qlobal bazarlarda son vəziyyət
Bəzi ekspertlər inflyasiyanın zəifləməsinin davam etdiyi üçün, Avropa Mərkəzi Bankının (AMB) növbəti addımı kimi, uçot faiz dərəcəsinin azaldılmasını görürlər. Hazırda əksər analitiklər tənzimləyici qurumun may ayında monetar siyasətini yumuşaltmaya başlayacağını proqnoz edirlər.
Bununla yanaşı, həftə ərzində Avrozonada dərc olunan makroiqtisadi məlumatların proqnozların altında dərc olunması, avronu təzyiq altında saxlamaqda davam edir. Belə ki, dünən EUR/USD valyuta cütlüyü 1.0778 səviyyəsində müqavimət ilə rastlaşaraq, 1.0756 səviyyəsinə kimi ucuzlaşdı, lakin sonra 1.0783 səviyyəsinə qədər artım göstərdi.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Həmçinin dünən, açıqlanan məlumatlara əsasən, ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları fevralın 2-də başa çatan həftədə 0.6 milyon barrel artaraq, 358.017 milyon barrelə çatdı. Bununla belə, göstərici hələ də 1983-cü ildən bugünə kimi minimum səviyyələrdə qalmaqda davam edir. Bunun fonunda, neftə tələb artıb və "Brent" markalı neft 79.90$ səviyyəsinə kimi bahalaşıb.
ABŞ Konqresinin büdcə ofisinin hesabatına əsasən, 2034-cü ilin sonuna qədər ölkənin dövlət borcu ABŞ ÜDM-nin 116%-i həcmində tarixi rekord həddə çatacaq və artmaqda davam edəcək. Büdcə idarəsinin proqnozlarına görə, artıq 2025-ci ildə ABŞ-ın dövlət borcunun səviyyəsi ÜDM-in həcmini keçəcək və onun 101.7%-i səviyyəsində müəyyən ediləcək.
Bugün ABŞ-da dərc olunacaq İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər göstəricisi investorların maraqla gözlədikləri hadisələrdən biridir. Analitiklərin fikrincə, fevralın 3-də başa çatan həftə ərzində ölkədə işsizlik müavinəti üçün müraciət edənlərin sayı əvvəlki həftə ilə müqayisədə 4 min nəfər azalaraq, 220 min nəfər təşkil edib.
Məlumat İnvest-Az İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
IMEI kod nədir?
Shopify-da necə satışa başlamaq olar?