Rabitəbank Bərdədə yeni filial açdı
"Rahat bankçılıq" şüarına sadiq qalan Rabitəbank, müştərilərinə daha yaxın olmaq və onlara yüksək səviyyəli xidmət təqdim etmək məqsədilə ölkə üzrə filial şəbəkəsini genişləndirməkdə davam edir. Bu strategiyanın növbəti mərhələsi kimi bankın Bərdə şəhərində yeni filialı fəaliyyətə başlayıb.
Bankın ölkə üzrə sayca 29-cu filialı Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşir. Bərdə filialında əhali və sahibkarlıq subyektləri üçün əmanətlər, kreditlər, kart məhsulları, valyuta əməliyyatları, kommunal ödənişlər və digər geniş spektrli bank xidmətləri təqdim olunur.
Açılış mərasimində bank rəsmiləri, Bərdə rayon İcra hakimiyyətinin nümayəndələri də iştirak etmişdir. Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin açılış zamanı öz çıxışında qeyd edib ki: " Rabitəbank olaraq məqsədimiz, ölkəmizin hər bölgəsində müştərilərə rahat, sürətli və yüksək keyfiyyətli bank xidmətləri təqdim etməkdir. Bu gün Bərdə şəhərində yeni filialımızın fəaliyyətə başlaması bu istiqamətdə atılan növbəti addımdır. Eyni zamanda, Rabitəbank üçün bölgələrdə sahibkarların və kənd təsərrüfatı sektorunun inkişafını maliyyə dəstəyi ilə təmin etmək strateji prioritetimizdir. Biz inanırıq ki, hər bir investisiya və dəstək, yerli iqtisadiyyatın güclənməsinə və insanların rifahının yüksəlməsinə töhfə verəcək."
Yeni filial, rahat mühitdə operativ xidmət imkanları və fərdi yanaşma ilə Bərdə sakinlərinə və bölgə əhalisinə bankçılıq xidmətlərini daha əlçatan edəcək. Bununla da Rabitəbank, regionlarda iqtisadi fəallığın artırılmasına və maliyyə ehtiyaclarının peşəkar şəkildə qarşılanmasına töhfə verir.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 18 region və ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
/ banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Bill Qeyts kimdir?