Rabitəbank-da İdarə Heyətinə yeni təyinat
®Natiq Novruzov "Rabitəbank" ASC-nin İdarə Heyətinin üzvü (Baş risk inzibatçısı) təyin edilib.
20 illik bank təcrübəsinə malik olan Natiq Novruzov 2003-2005-ci illərdə "Aqrarkredit" QSC-də mühasib və aparıcı kredit mütəxəssisi, 2005-2007-ci illərdə "İcraçı Kredit Agentliyi" MMC-də monitorinq şöbəsinin rəisi, 2007-2010-cu illərdə isə "CredAgro" BOKT-da filial müdiri kimi müxtəlif vəzifələrdə çalışmışdır.
2010-cu ildə "Rabitəbank" ASC-nin "Kreditlərin Təhlili" Şöbəsində müdir kimi başlamışdır. 2011-2013-cü illərdə "Rabitəbank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentində Direktor müavini, 2013-2020-ci illərdə isə "Kreditlərin Təhlili" Departamentinin Direktoru vəzifəsində çalışmışdır.
2020-ci ildən "Rabitəbank" ASC-nin Risk üzrə Baş Direktorun Müavini vəzifəsində çalışırdı.
Natiq Novruzov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.
2017-ci ildə Böyük Lüksemburq Hersoqluğu hökuməti tərəfindən həyata keçirilən "Risklərin İdarə Edilməsi" üzrə sertifikatlaşdırma proqramını, 2021-ci ildə isə Boğaziçi Universitetinin təşkil etdiyi mini MBA proqramını uğurla başa vurub. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Yatırım olmadan necə biznes qurmaq olar?
Startup nədir və necə olur?
CV-nin tərtib edilməsi prinsipləri