Rabitəbank-la DİA arasında əməkdaşlıq memorandumu imzalandı

Rabitəbank-la DİA arasında əməkdaşlıq memorandumu imzalandı®Sentyabrın 28-də Rabitəbank ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumu Rabitəbank-ın İdarə Heyətinin sədri Aydın Hüseynov və DİA-nın rektoru Urxan Ələkbərov imzalayıblar.
Yarandığı tarixdən etibarən təhsilin inkişafına xüsusi diqqət göstərən Rabitəbank-ın əməkdaşlıqda məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, elmi-praktik əlaqələri inkişaf etdirmək, ixtisaslı kadr hazırlığını təmin etmək və ikitərəfli münasibətləri möhkəmləndirmək olmuşdur.
Memorandum çərçivəsində çıxış edərkən Aydın Hüseynov bildirib ki, "Rabitəbank gənclərin gələcəyinə töhfə verməyə çalışır. Buna görə də təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıqlar bizim üçün önəmlidir. DİA ilə əməkdaşlığımız çərçivəsində həm tələbələr, həm də bankın əməkdaşları bir çox xüsusi imtiyazlardan yararlana biləcəklər. Qeyd etmək istərdim ki, memorandumun nəticəsi olaraq bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin Rabitəbankın müvafiq struktur bölmələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi, tələbələrin elmi-tədqiqat işlərinin aparılması üçün Rabitəbank tərəfindən müvafiq şəraitin yaradılması və bu kimi bir çox tədbirlər nəzərdə tutulmuşdur."
"Bu gün Azərbaycanın hər bir sahədə sürətlə inkişaf etməsi dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün dünyada sürətlə yeniləşən nanotexnologiyalardan, yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Bu mövzuda isə böyük maraqlarımızdan biri təcrübəli şirkətlərlə əməkdaşlıqlardır. Rabitəbank-la əməkdaşlığımızın uğurlu olacağına inanır, gələcəkdə əməkdaşlığın daha da genişlənməsi üçün müxtəlif tədbirlər görməyi planlayırıq." – Urxan Ələkbərov bildirib. / banker.az

Banklar     Tarix: 28 sentyabr 2022

Oxşar xəbərlər

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı


iqtisadi xeberler dollar mezenne iqtisadiyyat xeberleri biznes ideyalari biznes xeberleri