Rabitəbank Mobil POS xidmətini istifadəyə verdi

Rabitəbank Mobil POS xidmətini istifadəyə verdi®Hər zaman yeniliklərə açıq olan və innovativ həllər tapan Rabitəbank müştəriləri üçün yeni Mobil POS ödəmə xidmətini təqdim edib. Belə ki, bundan sonra həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar mobil telefonlarından POS terminal kimi istifadə edə biləcəklər.
Mobil POS ənənəvi POS terminalı əvəz edərək, Android mobil cihazlarından təmassız ödənişləri qəbul etmək imkanını yaradan unikal xidmətdir. Mobil POS ödəmə həlli sayəsində sahibkarlar alış-veriş zamanı ödənişləri müştərilərdən NFC-ni dəstəkləyən mobil telefon, smart saat, fitnes qolbaq və ya digər NFC-ni dəstəkləyən cihazlarla nağdsız qəbul etmək imkanını əldə edəcəklər.
Mobil POS ilə əlavə cihaza ehtiyac qalmır. Bununla da cihazın həm şəbəkə, həm də enerji bitməsi təhlükəsi aradan qalxır. Həmçinin, ənənəvi POS-terminaldan fərqli olaraq Mobil POS-a qoşulmaq üçün depozit məbləği tələb olunmur.
Bu xidmət kimlər üçün nəzərdə tutulub? Rabitəbank-ın təqdim etdiyi Mobil POS ənənəvi POS terminallara əla alternativdir, xüsusən də mobillik və çevikliyə ehtiyacı olan sahibkarlar üçün:
İri çatdırılma şəbəkələri olan şirkət işçiləri (kuryer, taksi sürücüsü, yük daşıyan və s.)
Kiçik bizneslərə (bərbər, dərzi, aptek, ayaqqabı təmirçisi, kiosk, meyvə-tərəvəz mağazası)
Böyük idman və mədəniyyət tədbirlərində iştirak edən kiçik və orta biznes sahibləri
Nisbətən kiçik həcmdə kart əməliyyatlarını qəbul edən və POS əldə etməsi sərfəli olmayan mağazalar
Mobil POS xidmətinə qoşulmaq üçün müştərinin pos-terminal alınması üçün lazimi sənədləri banka təqdim etmək və tapXphone və Rabita Business proqramlarını yükləməyi kifayətdir.
Mobil POS sifarişi qeydiyyata alındıqdan sonra müştərinin banka təqdim etdiyi mobil nömrəyə partnyorun veb portalına girişi üçün link və şifrə göndərilir. İstifadəçi adı xanasında müştərinin banka təqdim etdiyi mobil nömrə, şifrə xanasına isə bank tərəfindən müştəriyə sms vasitəsi ilə göndərilən şifrə daxil ediləndən sonra, müştəri bir sıra əməliyyatı banka müraciət etmədən icra edə bilər.
Qeyd edək ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 16 may 2023

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler bu gunun xeberleri investisiya dollar mezenne pul qazanmaq