Rabitəbank Mobil POS xidmətini istifadəyə verdi

Rabitəbank Mobil POS xidmətini istifadəyə verdi(®) Hər zaman yeniliklərə açıq olan və innovativ həllər tapan Rabitəbank müştəriləri üçün yeni Mobil POS ödəmə xidmətini təqdim edib. Belə ki, bundan sonra həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar mobil telefonlarından POS terminal kimi istifadə edə biləcəklər.
Mobil POS ənənəvi POS terminalı əvəz edərək, Android mobil cihazlarından təmassız ödənişləri qəbul etmək imkanını yaradan unikal xidmətdir. Mobil POS ödəmə həlli sayəsində sahibkarlar alış-veriş zamanı ödənişləri müştərilərdən NFC-ni dəstəkləyən mobil telefon, smart saat, fitnes qolbaq və ya digər NFC-ni dəstəkləyən cihazlarla nağdsız qəbul etmək imkanını əldə edəcəklər. 
Mobil POS ilə əlavə cihaza ehtiyac qalmır. Bununla da cihazın həm şəbəkə, həm də enerji bitməsi təhlükəsi aradan qalxır. Həmçinin, ənənəvi POS-terminaldan fərqli olaraq Mobil POS-a qoşulmaq üçün depozit məbləği tələb olunmur.
Bu xidmət kimlər üçün nəzərdə tutulub? Rabitəbank-ın təqdim etdiyi Mobil POS ənənəvi POS terminallara əla alternativdir, xüsusən də mobillik və çevikliyə ehtiyacı olan sahibkarlar üçün:
- İri çatdırılma şəbəkələri olan şirkət işçiləri (kuryer, taksi sürücüsü, yük daşıyan və s.)
- Kiçik bizneslərə (bərbər, dərzi, aptek, ayaqqabı təmirçisi, kiosk, meyvə-tərəvəz mağazası)
- Böyük idman və mədəniyyət tədbirlərində iştirak edən kiçik və orta biznes sahibləri
- Nisbətən kiçik həcmdə kart əməliyyatlarını qəbul edən və POS əldə etməsi sərfəli olmayan mağazalar
Mobil POS xidmətinə qoşulmaq üçün müştərinin pos-terminal alınması üçün lazimi sənədləri banka təqdim etmək və tapXphone və Rabita Business proqramlarını yükləməyi kifayətdir.
Mobil POS sifarişi qeydiyyata alındıqdan sonra müştərinin banka təqdim etdiyi mobil nömrəyə partnyorun veb portalına girişi üçün link və şifrə göndərilir. İstifadəçi adı xanasında müştərinin banka təqdim etdiyi mobil nömrə, şifrə xanasına isə bank tərəfindən müştəriyə sms vasitəsi ilə göndərilən şifrə daxil ediləndən sonra, müştəri bir sıra əməliyyatı banka müraciət etmədən icra edə bilər.
Qeyd edək ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 16 may 2023

Oxşar xəbərlər

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"

"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir. XBunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmu

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor


iqtisadi xeberler dollar manat kursu valyuta mezennesi online pul qazanmaq internetden pul qazanmaq