Rabitəbank ölkədə ilk dəfə keşbek və depozit gəlirli premium biznes kartını təqdim edir
Yenilikləri ilə daima fərqlənən Rabitəbank daha bir ilkə imza atıb. Belə ki, sahibkar fiziki şəxslər üçün təqdim edilən yeni Kartmane Biznes Visa Platinum kartı keşbek və depozit gəliri qazandıran ilk və tək biznes kartı olması ilə fərqlənir.
Belə ki, kart bir çox üstünlükləri özündə birləşdirir:
Kart qalığına illik 4% depozit gəlirinin hesablanması;
Hava limanlarında "Business Lounge" xidmətindən ödənişsiz istifadə imkanı;
Nağdsız ödənişlərdə keşbek almaq imkanı;
Partnyorlardan 40%-dək keşbek;
Yanacaqdoldurma məntəqələrindən 10%-dək keşbek;
Supermarketlərdən 5%-dək keşbek;
Restoranlardan 5% keşbek;
"Miles" keşbeki – səyahət milləri;
Azercell keşbeki – danışıq dəqiqələri və internet;
Kart sahibləri keşbek və depozit gəlirinin istənilən vaxt banka məxsus İnternet bankçılıq üzərindən aktiv və deaktiv edə bilərlər. Gündəlik hesablanan faizlər hər ayın son təqvim günü kapitallaşdırılır, yəni hesab qalığına əlavə edilir. Kartdan nağdlaşdırma imkanı mövcuddur.
Kartmane Biznes Visa Platinum kartını Rabitabank.com saytdan sifariş edə bilərsiniz.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dropshipping nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Biznes təlimlər və tədris üsulları
Biznes nədir və hansı növləri var?