Rabitəbank rəhbərliyi qazi və şəhid ailələri ilə görüş keçirib

Rabitəbank rəhbərliyi qazi və şəhid ailələri ilə görüş keçirib®Rabitəbank rəhbərliyi 1-ci Qarabağ müharibəsində və Vətən müharibəsində iştirak etmiş qazi və şəhid ailələri ilə görüş keçirib. Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekinin iştirakı ilə keçirilən bu görüşdə Rabitəbank-ın 8 Noyabr – Zəfər günü ilə bağlı hazırladığı videoçarxın əsas qəhrəmanları iştirak edib.
Məlumat üçün bildirək ki, Rabitəbank-ın 8 Noyabr – Zəfər günü ilə bağlı hazırladığı videoçarx sosial mediada böyük maraqla qarşılanıb. "Ata vəsiyyəti" adlanan videonun əsas süjet xəttini 1-ci Qarabağ müharibəsində qazi olmuş ataların övladlarını necə vətənpərvər ruhda böyütməsi və onların Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olması üçün göstərdikləri şücaət tərənnüm olunub.
Görüşdə Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından, əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açılıb, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilib. 
"Rabitəbank olaraq hər zaman şəhid ailələrinin, Qarabağ qazilərinin yanındayıq, dəstək göstəririk. Bu gün qazanılan zəfərin, bütün ölkənin yaşadığı qürur hissinin başlıca səbəbi sizsiniz. Hər birinizlə fəxr edir, şəhidlərimizi hörmətlə yad edirik." deyə Orhan Gültekin bildirib.
Bankın rəhbərliyi həmçinin vurğulayıb ki, hər zaman öz dəyərlərinə sadiq qalan Rabitəbank müharibə və sonrakı dövrlərdə şəhid ailələri və qazi olmuş müştərilərinə, eləcə də müharibə iştirakçılarına daima dəstək göstərir.
Görüşün sonunda "Ata vəsiyyəti" videoçarxında çəkilmiş qəhrəmanlara rəhbərlik tərəfindən qiymətli hədiyyələr təqdim edilmişdir.
Videoçarxı izləmək üçün:  HYPERLINK "https://rbt.az/zefergunu" o "https://rbt.az/zefergunu" 
Rabitəbank rəhbərliyi qazi və şəhid ailələri ilə görüş keçiribRabitəbank rəhbərliyi qazi və şəhid ailələri ilə görüş keçiribRabitəbank rəhbərliyi qazi və şəhid ailələri ilə görüş keçirib/ banker.az

Banklar     Tarix: 17 noyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler bitkoin almaq internetden pul qazanmaq biznes qurmaq birbank