Rabitəbank Şəhid övladları üçün Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edib
®Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi ilə əlaqədar bankın əməkdaşları "Heydər Əliyev İli" çərçivəsində Şəhid övladları ilə birlikdə Heydər Əliyev Mərkəzini ziyarət edib.
Baş tutan gəzintinin əsas məqsədi cəmiyyətimizdə hər zaman xüsusi sevgi və diqqət ayırdığımız Şəhid ailələrin övladlarına dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha yaxşı aşılamaq və əziz xatirəsini bir daha yad etmək olub.
Rabitəbank əməkdaşı ilə birgə uşaqlar gəzinti zamanı Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar, daha sonra Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ümummilli Lider Heydər Əliyevin həyatı haqqında maraqlı faktları öyrəniblər.
Uşaqlara Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu, həmçinin müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar verilib.
Bundan başqa, gəzinti zamanı balaca ziyarətçilərə Ümummilli Liderin hərbi və mülki geyimləri, avtomobilləri, iş masası, müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar kimi dəyərli nümunələr də təqdim edilib.




/ banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Ev şəraitində pul qazanmağın yolları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən zəngin idmançıları
Proqramçılar üçün TOP-5 Freelance sayt