Rabitəbankda 3 yeni təyinat olub

Rabitəbankda 3 yeni təyinat olubÖtən həftə Rabitəbankda 3 yeni təyinat olub. Belə ki, Fərid Qəhrəmanov bankın Xəzinədarlıq Departamentinin direktoru, Yaşar Fərəcov İpoteka Kreditləri üzrə Şöbə rəisi, İrana Hüseynova isə İstehlakçılarla iş şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Ümumilikdə bank sahəsində 15 ildən artıq təcrübəyə malik olan F.Qəhrəmanov, bu vəzifəyə təyin olunanadək ölkənin aparıcı banklarında direktor müavini və direktor vəzifələrində çalışmışdır.
Qiymətli kağızlar, kapital bazarları, likvidliyin və valyuta riklərinin idarə edilməsi sahəsində bir çox sertifikatlara yiyələnmişdir.
Azərbaycan Banklar Assosiasiyasının nəzdində "Xəzinədarlıq və Fondların idarə olunması" üzrə Ekspert Qrupunun üzvüdür.
F.Qəhrəmanov Azərbaycan Dövlət İqtisad Universitetində İnformatika və İdarəetmə Fakultəsi üzrə bakalavr və magistr təhsili almışdır.
Yaşar Fərəcov 2015-2017-ci illərdə "Rabitəbank" ASC-nin Yasamal filialında Mikrokreditlər üzrə mütəxəssis vəzifəsində çalışmış, daha sonra həmin filialın İstehlak kreditləri üzrə mütəxəssisi, Aparıcı mütəxəssis vəzifələrini, 2018-2020-ci illərdə isə İpoteka kreditləri üzrə Aparıcı mütəxəssis və Baş mütəxəssis vəzifələrini, 2020-ci ildən etibarən Riteyl Bankçılıq Departamentinin İpoteka kreditləri üzrə meneceri vəzifəsini icra etmişdir.
Y.Fərəcov 2008-2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Riyaziyyat-İnformatika fakultəsində təhsil almışdır.
İranə Hüseynova bank sahəsində 6 ildən artıq təcrübəyə malik olmaqla, ölkənin digər aparıcı banklarında Keyfiyyətə Nəzarət şöbəsinin mütəxəssisi, Müştəriyə Dəstək şöbəsində baş mütəxəssis və s. vəzifələri icra etmişdir. 2022 – ci ilin yanvar ayından "Rabitəbank" ASC – də fəaliyyətini Xidmət Keyfiyyətinə Nəzarət Departamentində, İstehlakçılarla iş şöbəsinin meneceri vəzifəsində davam etdirmişdir.
İ.Hüseynova Bakı Slavyan Universitetinin Filologiya ixtisasında təhsil almışdır.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Banklar     Tarix: 31 yanvar 2023

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq 1000 manatla biznes rubl mezenne