"Rabitəbank"ın vəziyyəti məlum oldu - 19 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT
"Rabitəbank" ASC 2024 cü ilin9 ayı (yanvar-sentyabr) üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayır. Belə ki, 2024-cü ilin 9 ayı ərzində "Rabitəbank" 19 milyon183 min manat xalis mənfəət əldə edib.
Cari ilin III rübündə Bankın aktivləri 12% artaraq 1 milyard 129 milyon manata çatıb.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb. Nəticədə ümumi kredit portfeli 813 milyon 875 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, biznes kreditləri portfeli 13% artaraq 379 milyon 370 min manata, o cümlədən, istehlak kreditləri portfeli 17% artaraq 281 milyon 725 min manata, ipoteka kreditləri isə 22% artaraq 152 milyon 779 min manata çatıb.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB
Qeyd edilib ki, 2024-cü ilin 9 ayı ərzində "Rabitəbank"da cəmi əmanətlər 9% artaraq 689 milyon 731 min manat olub. Fiziki şəxslər üzrə əmanətlər isə 21% artaraq 458 milyon 758 min manata çatıb.
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 28% artaraq 83 milyon 830 min manata çatıb. Qeyri-faiz gəlirləri isə 18% artımla 41 milyon 170 min manata yüksəlib.
"Rabitəbank"ın məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 128 milyon 336 min manat olub.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.



/ marja.az

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
İban nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv