Rublun bir qədər ucuzlaşacağı proqnozlaşdırılır

Rublun bir qədər ucuzlaşacağı proqnozlaşdırılır"RİA Novosti"yə müsahibə verən ekspertlər hesab edirlər ki, ticarət balansının daralması fonunda dolların məzənnəsi ilin sonuna qədər maksimum 67 rubla, büdcə qaydasının gözlənilməz şəkildə canlanması ilə 70 rubla qədər yüksəldə bilər.
Marja xəbər verir ki, 2022-ci ildə rubl geniş dalğalanmalar göstərib. Belə ki, dolların məzənnəsi 2021-ci ilin yekun səviyyələrindən (74,68 rubl) kəskinləşmiş geosiyasi risklər və misli görünməmiş sanksiyalar fonunda martın 10-da tarixi maksimum olan 121,53 rubla yüksəlib. Bundan sonra, Rusiya hakimiyyətinin əks-sanksiya tədbirləri sayəsində iyun ayında 2015-ci ilin may ayından bəri  minimumları (50,01 rubl) yenilədi. Noyabrın əvvəlində dollar 62 rubl səviyyəsində möhkəmlənməyə çalışır.
"Loko-Invest"dən Dmitri Polevoy ilin sonuna qədər məzənnənin tədricən bir dollar üçün 65 rubla yaxınlaşacağını gözləyir. "İxracın azalması və idxalın tədricən bərpası rublun zəifləməsi üçün əsas amillərdir. Lakin daxili tələbin zəifliyi idxalın artımasını ləngidə bilər. İlin sonuna qədər  dollar 62-65 rubl təşkil edəcək", - deyə o bildirib.
Region İnvestisiya Şirkətindən Vaysberq hesab edir ki, ümumiyyətlə, ticarət balansı mülayim şəkildə daralmalıdır ki, bu da ilin sonuna qədər məzənnənin bir dollar üçün 63-65 rubl diapazonuna keçməsi ilə Rusiya valyutasının bir qədər zəifləməsinə gətirib çıxaracaq.
"2022-ci ilin sonuna qədər dollar və avronun məzənnələri eyni dəhlizdə ola bilər: 58-67 rubl. Çünki dollar və avro arasında paritetin yaxın iki ayda dəyişməsi ehtimalı azdır", - "Freedom Finance Global"dan Natalya Milçakova proqnozlaşdırır.
"Büdcə qaydasının yeni formatı noyabrda işə salınarsa, ilin sonunda dolların məzənnəsinin 68-70 rubla yüksəlməsi perspektivi real görünür", - "Zenit Bank"dan Vladimir Yevstifeyev hesab edir. "Büdcə qaydası olmadığı halda, bu ilin sonuna qədər bir dollar üçün 65-67 rubl marjinal məzənnə ola bilər", -deyə o əlavə edir.
"Avropa İttifaqı və ABŞ hakimiyyəti hələ də Rusiya neftinə tavam qiyməti ilə bağlı qərar verməyib və bu qərarın özü də "qara qızılın" dünya qiymətləri baxımından birmənalı deyil", - deyə "Zenit Bank"dan Vladimir Yevstifeyev hesab edir. "Əgər Rusiya Federasiyası qiymət tavanını müəyyən edəcək ölkələrə xammal satmaqdan imtina edərsə, bu, enerji çatışmazlığının yaranmasına səbəb olacaq və qaçılmaz olaraq neftin qiymətinin artmasına səbəb olacaq", - o əlavə edir.
"Quru yüklərin ixrac həcmləri bir qədər aşağı səviyyədə stabilləşib, lakin qiymət mühiti nisbətən məqbul görünür. Əlvan metalların tədarükü ilə bağlı ciddi sərtləşmə olmasa (ABŞ alüminiuma embarqonu müzakirə edir) ixracatda ciddi bir azalma gözlənilmir" deyir.
"Freedom Finance Global"dan Natalya Milçakovanın sözlərinə görə, noyabrda mühüm hadisə - G20 dövlət başçılarının İndoneziyada keçiriləcək görüşü olacaq.
"Qlobal fond və valyuta bazarları bu görüşdən mühüm açıqlamalar gözləyəcək və Rusiya prezidenti Vladimir Putinin sammidə mümkün iştirakı və onun bəyanatları rubla müsbət təsir göstərə bilər", - o əlavə edir. / marja.az

Maliyyə     Tarix: 05 noyabr 2022

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun investisiya online pul qazanmaq