Rusiyada toyuq yumurtasının nə vaxt ucuzlaşacağı açıqlanıb

Rusiyada toyuq yumurtasının nə vaxt ucuzlaşacağı açıqlanıb"Toyuq yumurtasının qiyməti Yeni ildən sonra aşağı düşə bilər, bunun üçün bütün səbəblər var".
Marja.az xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Yumurta olduqca mövsümi məhsuldur. Bu zamanlar (payızın sonu, qışın əvvəli - red) yumurtanın qiyməti həmişə artır. Hələlik bizim üçün o qədər də rahat olmayan tendensiya müşahidə edirik: qiymətlər az-az artmaqda davam edir, lakin buna baxmayaraq, mövsümi faktor da öz təsirini göstərməlidir. Mən ümid edirəm ki, Yeni ildən sonra qiymətlər enməyə başlayacaq" -deyə nazir bildirib.
Rusiyada toyuq yumurtası ilin əvvəlindən 46% bahalaşıb, həftəlik artım tempi hələ də aşağı düşməyib: dekabrın 5-dən 11-dək 4,55% də yüksəlib.
Ötən həftə Rusiya prezidenti Vladimir Putin yumurta və toyuq ətinin qiyməti ilə bağlı vəziyyətlə bağlı sualı cavablandırarkən, bahalaşmanı tələbatın artması, lakin istehsalın artmaması, idxalın vaxtında açılmaması ilə izah edib. Onun fikrincə, yumurtanın qiyməti ilə bağlı vəziyyət "yaxşılaşacaq" və bu, ən azı iki həftədir ki, Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirə mövzusudur. Putin yumurtanın bahalaşmasına görə üzr istəyib və bunun hökumətin işində uğursuzluq olduğunu bildirib.
Nazir qeyd edib ki, hökumət toyuq yumurtasının qiymətinin sabitləşməsi və ucuzlaşması üçün bir sıra tədbirlər həyata keçirib. 
"Birincisi, yumurta və quş əti istehsalçılarına dəstək tədbirlərini təkmilləşdirmişik, onlar istehsalı stimullaşdırmaq üçün bizdən bir az daha çox maliyyə ala biləcəklər. İkincisi, biz indi şəbəkələrlə fəal işləyirik ki, onlar istehsalçılarla birbaşa müqavilələr bağlasınlar. Bu da istehlakçı üçün son qiymətdə öz əksini tapacaq", - deyə nazir əlavə edib.
Ən vacib işlər arasında o, idxal olunan yumurtalar üçün idxal rüsumunun aradan qaldırılmasını qeyd edib: "Bu tədbir bazarı doyuracaq və "əlavə həcm təmin edəcək, ümid edirik ki, bu da qiymətə təsir edəcək".
Nazir Azərbaycan və Türkiyədən yumurta idxalına başlanılmasını qiymətlərin aşağı salınması üçün vacib tədbir olduğunu qeyd edib.

Maliyyə     Tarix: 18 dekabr 2023

Oxşar xəbərlər

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq