"Rusiyaya ixrac Azərbaycanda yumurtanı bahalaşdıracaq" iddialarına cavab verildi - "Mən əminliklə deyirəm ki
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yaydığı məlumata görə, bu həftənin sonundan Rusiya Azərbaycandan toyuq yumurtası idxal etməyə başlayır. Məqsəd ölkədə artan yumurta qiymətlərini sabitləşdirməkdir.
Rusiya kimi böyük bir bazarın Azərbaycandan yumurta almağa başlaması ilə, ölkəmizdə bu məhsulun qiymətinin artacağı iddia olunur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Marja.az-a bildirdi ki, ölkəmizdən Rusiyaya ərzaqlıq yumurta ixracının daxili bazarda qiymətlərin artmasına səbəb olacağı gözlənilmir:
"Mən əminliklə deyirəm ki, "xeyr, qiymətlər qalxmayacaq". Qiymətlər 1 qəpik aşağı və yuxarı oynaya bilər. Amma onun üzərində qalxmaq şansı yoxdur. Ona görə ki, yumurta istehsalı ilə məşğul olan müəssisələrimiz yaxın 3 ayda istehsal güclərini 15-20% artıracaqlar. Rusiyanın bizdən istədiyini rahat qarşılaya biləcəyik. Bunula əlaqədar müvafiq qurumlarda görüşlər keçirmişik və lazımi dəstəyi almışıq".
Mürvət Həsənli, "Hazırda Rusiya bazarında problemlərin olduğunu bilirik" deyərək əlavə edib:
"Sanksiyalar ilə əlaqədar olaraq Rusiyada yumurta istehsalı azalıb. Peraparatların, vaksinlərin və ana sürüsünün az gəlməsi istehsala mənfi təsir edir. Günlük istehsalları təlabatı ödəmədiyi üçün digər ölkələrdən yumurta almağa çalışırlar".
Mürvət Həsənli əlavə edib ki, "Rusiya bazarı bizim üçün çox önəmlidir":
"Biz 10 ilə yaxın idi çalışırdıq ki, Ruiya Azərbaycanın yumurta istehsal edən quşçuluq müəssisələrini reyestrə daxil etsin və müəssisələrimiz izafi istehsal olduqda bu ölkəyə yumurta ixrac edə bilsinlər. Amma, bizim müəssisələr müasir və standardlara uyğun olsalar da, müəyyən bəhanələr gətirərək onları qeydiyyata almaqdan imtina edirdilər.
Son vaxtlar Rusiyada yumurtaya təlabat ödənilmədi və nəticədə qiymətlər artdıqdan sonra onlar bizim 6 müəssisəni reyestrdə qeydiyyata aldı. Onlar "Giləzi Quşçuluq", "Hacıqabul Quşçuluq", "Muğan Quşçuluq", "Ləzzət Quşçuluq", "Pirsaat Quşçuluq" və "Yaşma Quşçuluq" şirkətlərdir. Məndə olan məlumata görə, dünəndən "Giləzi Quşçuluq" və "Hacıqabul Quşçuluq" Rusiyaya yumurta ixracına başlayıblar".
Mürvət Həsənli vurğulayıb ki, hər zaman Azərbaycan Rusiyadan yumurta idxal edirdi, bu gün isə ölkəmiz Rusiyaya yumurta göndərməyə başlayır:
"Rusiya bazarı bizim üçün yeni və böyük bir bazardır. Rusiya bazarına satmaq bizə daha sərfəlidir. Hazırda Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətərə, Səudiyyə Ərəbistanına, İraqa və digər ölkələrə yumurta ixrac edilir. Oktyabrın 1-dək olan məlumata görə, biz 40 milyon ədəd ixrac etmişik".
Assosiasiyasının sədri əlavə etdi ki, Azərbaycanın ərzaqlıq yumurtaya gündəlik təlabatı 3,2-3,6 milyon ədəd, daxili istehsal isə 4,6-4,9 milyon ədəd civarındadır. Ölkənin təlabatı tam ödənilir.
Həmçinin oxu
Azərbaycan istehsalı toyuq yumurtalarının Rusiyaya daşınmasına başlanır


Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?