Sahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat Bank

Sahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat BankAzərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu 5 Azərbaycan bankında depozit yerləşdirib.
Marja xəbər verir ki, Fond tərəfindən depozit yerləşdirilən banklar Bank Respublika, Bank of Baku, Expressbank, RabitəBank və Ziraat Bank Azərbaycan-dır.
31 Dekabr 2022-ci il tarixində Sahibkarlığın İnkişafı Fondunun banklardakı depozitləri 65 milyon 695 min manat təşkil edib. Bu, 2021-ci ilin sonu ilə (59 milyon 525 min manat ) müqayisədə 6 milyon 170 min manat və ya 10,4% çoxdur.
Sahibkarlığın İnkişafı Fondu ən çox depoziti Bank Respublikada (20 milyon manat) və Ziraat Bank Azərbaycan-da (17 milyon manat) yerləşdirib. 
Qeyd edək ki, 2022-ci ilin nəticələrinə görə, həm say, Bank Respublika Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatıdır. 
Sahibkarlığın İnkişafı Fondu 65 milyon 695 min manatlıq depozitdən 3 milyon 195 min manat faiz gəlirləri gözləyir.
Fond banklara pulunu 5% – 9.50% civarında faizlər ilə yatırıb.
Sahibkarlığın İnkişafı Fondu dövlət istiqrazları kimi tanınan Maliyyə Nazirliyinin qiymətli kağızlarına da investisiya yatırıb. 31 Dekabr 2022-ci il tarixində Sahibkarlığın İnkişafı Fondunu qiymətli kağızlara investisiyaları 33 milyon 698 min manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə (19 milyon 8 min manat) müqayisədə 1,8 dəfə və ya 14 milyon 690 min manat çoxdur. 
Sahibkarlığın İnkişafı Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirməkdir.
Sahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat BankSahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat BankSahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat BankSahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat BankSahibkarlığın İnkişafı Fondu depozitlərə və istiqrazlara yatırımını artırıb - Bank Respublika və Ziraat Bank/ marja.az

Banklar     Tarix: 17 aprel 2023

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bitcoin qiymeti investisiya internetden pul qazanmaq bank faizleri