Sərfəli əmanət şərtləri olan "Muğanbank"da əhalinin depozitləri 400 milyon manata yaxın məbləğdə qalmaqdadır

Sərfəli əmanət şərtləri olan "Muğanbank" ASC 2023-cü ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin yanvar-mart dövründə "Muğanbank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 18 milyon 277 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 127 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 150 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 47 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığından ilk rübü 103 min manat xalis mənfəət ilə başa vurub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-mart dövründə "Muğanbank" ASC-nin cəmi əməliyyat gəlirləri 20 milyon 71 min manat, cəmi əməliyyat xərcləri 15 milyon 221 min maant, əməliyyat mənfəəti 4 milyon 850 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 8334 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığından ilk rübü 3 milyon 16 min manat xalis mənfəət ilə bağlamışdı. Gəlirlərdə azalma əsasən xarici valyutadan gəlirin (məzənnə dəyişməsi daxil olmaqla) düşməsilə bağlıdır. 
"Muğanbank"ın faiz gəlirləri 2023-cü ilin 1-ci rübündə ötən ilin eyni rübü ilə müqayisədə 1 milyon 679 min manat və ya 18,6% artıb. Müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 1 milyon 230 min manat artaraq 9 milyon 759 min manat təşkil edib. 
Diqqəti cəlb edən "Muğanbank" mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsaitin 39 dəfə azalmasıdır. Bu azalma Bankın kredit riskinin azaldığına işarə edir. Ehtiyata ayrılan vəsaitin artması bankın kredit riskinin artdığına, azalması isə kredit riskinin azaldığına işarədir. Kredit riski borcalanın öhdəliklərini vaxtında tam və ya qismən yerinə yetirməməsi nəticəsində zərərin yaranması riskidir. Verilən borcların qarşılığında ehtiyatın yaradılmasında məqsəd, borc qaytarılmadığı halda zərərin qarşılanmasıdır.
CƏMİ AKTİVLƏRİ 700 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2023-cü il tarixində "Muğanbank" ASC 739 milyon 823 min maant cəmi aktivlərə (o cümlədən 423 milyon 42 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər)) 428 milyon 19 min maant depozit portfelinə malik olub. İlk rübdə əmanətlər üzrə faiz gəlirlərinin vergiyə cəlb edilməsinə baxmayaraq ilk rübdə  "Muğanbank"ın depozit portfelini qoruyub saxlayıb və 31 mart 2023-cü il tarixində 394 milyon 426 min manat təşkil edib.  "Muğanbank" ən yüksək faizlər ilə əmanət qəbul edən banklardan biridir.
31 Mart 2023-cü il tarixində "Muğanbank" 88 milyon 684 min manat məcmu kapitala malik olub. 
Sərfəli əmanət şərtləri olan Sərfəli əmanət şərtləri olan Sərfəli əmanət şərtləri olan Sərfəli əmanət şərtləri olan

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler dollar mezenne pul qazanmaq telefonla pul qazanmaq kicik biznes