Sığorta hadisəsi tarixçəsinin sorğulanması xidməti istifadəyə verilib

Sığorta hadisəsi tarixçəsinin sorğulanması xidməti istifadəyə verilib"İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı  "Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması" xidmətini istifadəyə verib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Büronun yaydığı məlumatda bildirilir ki, yeni sistem İSB-nin iştirakçısı olan sığorta şirkətlərinə könüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında onun səbəb olduğu sığorta hadisəsi barədə məlumatları elektron formada təqdim etməyə imkan yaradır.
Vətəndaşlar bu razılığı vermək üçün İSB-nin informasiya sistemindəki şəxsi kabinetə gücləndirilmiş elektron imza vasitələri (myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza)) ilə daxil ola bilərlər.
Şəxsi kabinetdə "Hadisə tarixçəsi ilə bağlı razılıq ərizəsi" bölməsindən yeni ərizə yaradıla, "bütün müraciətlərim" bölməsindən mövcud ərizələr izlənilə və istənilən vaxt xitam edilə bilər.
Razılıq yalnız vətəndaşın göstərdiyi tarixlərdə qüvvədə olur və bu müddət 6 (altı) aydan çox ola bilməz.
Ərizəçi sığortaçıya bu səlahiyyəti 2 formada təqdim edə bilər:
• Birdəfəlik – seçilən tarix aralığında yalnız bir dəfə sorğu üçün;
• Limitsiz – seçilən tarix aralığında istənilən sayda sorğu üçün.
İştirakçı sığorta şirkətləri vətəndaşın verdiyi ərizəyə əsasən, İSB-nin informasiya sistemindən aşağıdakı məlumatları əldə edə bilirlər:
• vətəndaşın səbəb olduğu və ya iştirak etdiyi sığorta hadisələrinin ümumi sayı;
• sığortalı zərərvuran nəqliyyat vasitəsinin növü;
• sığorta hadisəsinin baş vermə tarixi və informasiya sisteminə daxil edilmə tarixi;
• sığorta hadisəsinin növü.
Yeni xidmət sayəsində vətəndaşlar sığorta hadisələri ilə bağlı məlumatların paylaşılmasına dair razılıqlarını elektron formada, təhlükəsiz və operativ şəkildə təqdim edə bilirlər. Eyni zamanda sığortaçılar üçün lazımi məlumatların əldə edilməsi şəffaf, avtomatlaşdırılmış və vaxta qənaət edən şəkildə həyata keçirilir.
Qeyd edək ki, şəxsi kabineti olmayan və gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməyən vətəndaşlar sığorta şirkətlərinə müraciət edərək ərizələrini rəsmiləşdirə bilərlər. / marja.az

Banklar     Tarix: 16 oktyabr 2025

Oxşar xəbərlər

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq biznes xeberleri