Sığorta haqlarının 80%-ni 5 şirkət əldə edib

Sığorta haqlarının 80%-ni 5 şirkət əldə edibBu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanılmış 731 milyon 200 min manat sığorta haqqının 583 milyon 564 min manatı və yaxud 79,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (310 milyon 509 min manat), "PAŞA Sığorta" (172 milyon 884 min manat), "Atəşgah Həyat Sığorta" (36 milyon 558 min manat), "Qala Sığorta" (33 milyon 423 min manat) və "Xalq Sığorta" (30 milyon 190 min manat) ASC-lərdir.
9 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Meqa Həyat Sığorta" (1 milyon 646 min manat), "Naxçıvan Sığorta" (1 milyon 753 min manat), "Atasığorta" (3 milyon 652 min manat), "Bakı Sığorta" (4 milyon 927 min manat) və "Günay Sığorta" (5 milyon 569 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 17 milyon 547 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 130 milyon 109 min manat (17,8%) təşkil edib.
Azərbaycanda sığorta ödənişlərinin 84%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 318 milyon 615 min manat sığorta ödənişinin 266 milyon 351 min manatı və yaxud 83,6%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (159 milyon 442 min manat), "PAŞA Sığorta" (53 milyon 466 min manat), "Xalq Sığorta" (19 milyon 660 min manat), "Atəşgah Həyat Sığorta" (17 milyon 114 min manat) və "Azərsığorta" (16 miylon 669 min manat) ASC-lərdir.
9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Meqa Həyat Sığorta" (3 min manat), "İpək Yolu Sığorta" (141 min manat), "Xalq Həyat Sığorta" (334 min manat), "Naxçıvan Sığorta" (401 min manat) və "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" (550 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1 milyon 427 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 50 milyon 837 min manat (16%) təşkil edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq" / marja.az

Banklar     Tarix: 01 noyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler pul qazanmaq internetden pul qazanmaq en son xeberler emlak xeberleri