Sığorta müqavilələrinə dair məlumatların əldə olunması daha əlçatan oldu

Sığorta müqavilələrinə dair məlumatların əldə olunması daha əlçatan olduİcbari Sığorta Bürosu (Büro) elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə işləri uğurla davam etdirir.
Büronun İnformasiya Sistemində bağlanmış elektron icbari sığorta müqavilələri və sığorta hadisələri barədə məlumatların əldə edilməsi üçün yaradılan şəxsi sığorta kabinetinin imkanları genişləndirilir. Büro şəxsi kabinetindən daha çox vətəndaşın istifadə edə bilməsi üçün ASAN Login sistemi ilə inteqrasiyanı tam yekunlaşdırmışdır.
Bürodan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, artıq mobil nömrə ilə ASAN Login sistemindən qeydiyyatdan keçən vətandaşlar şəxsi sığorta kabinetinə daxil olub elektron sığorta müqavilələri və sığorta hadisələrinə dair məlumatları əldə edə biləcəklər. Bunun üçün ASAN Login sistemindən əldə edilmiş istifadəçi adı və şifrə ilə linkindəki şəxsi kabinetə daxil olmaq lazımdır.
Qeyd edilib ki, şəxsi kabinetlərə giriş imkanının e-imzalar ilə məhdudlaşdırılması e-imza sahibi olmayan vətəndaşların şəxsi kabinetdən istifadəsinə maneə yaradırdı.
ASAN Login sistemi ilə Büronun informasiya sistemləri arasında məlumat mübadiləsinin qurulması nəticəsində identifikasiya nömrəsinə sahib 3 milyona yaxın vətəndaş sığorta müqaviləsi və sığorta hadisəsi üzrə məlumatlarını şəxsi kabinet vasitəsilə izləyə bilmək imkanına sahib olacaqdır.
İSB-nin informasiya sistemində 5 icbari sığorta növü mövcuddur: Bu növlərin ikisi - "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növü artıq elektronlaşdırılıb. "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası", və "Sərnişinlərin icbari fərdi qəza sığortası" növlərinin elektronlaşdırılması istiqamətində isə  işlər aparılmaqdadır.  Yeniliklər yaxın vaxtlarda  içtimaiyətə təqdim ediləcəkdir. / marja.az

Banklar     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler bitkoin almaq internetden pul qazanmaq biznes qurmaq birbank