SİMA ilə "banks.az" platformasında bank və BOKT-ların xidmətlərindən yararlanın

SİMA ilə (®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
SİMA yeni nəsil rəqəmsal imzanın maliyyə platforması tərəfdaşı "banks.az" portalı olub. Artıq vətəndaşlar "banks.az" maliyyə supermarketinin veb-saytında SİMA ilə identifikasiyadan keçərək Azərbaycanda fəaliyyət göstərən bankların kredit məhsullarını, kredit və debet kartlarını əldə etmək şərtləri ilə vahid platformada tanış olacaqlar. İstifadəçilər məhsul və xidmətlərin müqayisəli təhlili ilə tanış olduqdan sonra seçdiyi məhsul və xidmət üzrə SİMA ilə banka müraciət edə bilərlər.
Vətəndaşlar SİMA ilə identifikasiya nəticəsində "banks.az" platformasında yaradılan elektron kabinetdə bank və BOKT-lara göndərilən müraciətin statusu barədə məlumat əldə edəcəklər. Qeyd edək ki, Azərbaycanın ilk maliyyə supermarketi olan "banks.az" 2008-ci ildən fəaliyyət göstərir.
SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və "157" "AzInTelecom" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 15 may 2023

Oxşar xəbərlər

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim


iqtisadi xeberler dollar manat kursu valyuta mezennesi online pul qazanmaq internetden pul qazanmaq