Şirkətlərin cari hesablarda pulları azalır, bankların depozitlərdən "qidalanması" məhdudlaşır
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 31 oktyabr 2025-ci il tarixində bankların cəmi öhdəliklərininin 73.3%-i və ya 36 milyard 62.9 milyon manatını depozit təşkil edib. Depozit portfelinin 57%-i (20 milyard 513.9 milyon manat) hüquqi şəxslərin, 43%-i (15 milyard 549 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət olub.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Fiziki şəxslərin əmanətlərinin 68.2%-i (10 milyard 610.2 milyon manat) milli valyutada, 31.8%-i (4 milyard 938.8 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (9 milyard 883.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1.7% və ya 163.4 milyon manat, tələbli əmanətləri isə 0.2% və ya 8.6 mln. manat artmışdır.
2025-ci ilin oktyabr ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (4,812 əmanətçi), ilin əvvəlindən isə 23.6% (35,450 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 236.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil etmişdir.
31 dekabr 2024-cü il tarixində bankların cəmi öhdəliklərininin 81.3%-i və ya 37 milyard 696.6 milyon manatını depozit portfeli təşkil etmişdi. Depozit portfelinin 62.1%-i (23 milyard 397.5 milyon manat) hüquqi şəxslərin, 37.9%-i (14 milyard 299.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət olmuşdu.
Beləliklə, cari ilin 10 ayında Azərbaycanda fəaliyyət göstərən cəmi depozitlərin cəmi öhdəliklərdə xüsusi çəkisi 8 faiz bəndi və ya 1 milyard 633,7 milyon manat azalıb. Bu azalmanın əsas səbəbi eyni dövrdə hüquqi şəxslərin depozitlərinin 2 milyard 883,6 milyon manat azalması ilə əlaqədardır. Fiziki şəxslərin depozitlərinin 1 milyard 249,9 milyon manat artması hüquqi şəxslərin depozitlərinin azalmasından qaynaqlanan geriləmənin bir hissəsini kompensasiya edib. Qeyd edək ki, depozitlər bankların aktivlərinin, o cümlədən kredit portfelinin əsas resurs mənbəyidir.
Qeyd edək ki, son aylar Azərbaycan bankları xarici maliyyə qurumlarından kredit cəlbini artırıblar.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv