S&P: 2024-cü ildə Azərbaycanın bank sektorunda 10-15% artım gözlənilir
Azərbaycanda iqtisadi artım gözləntilərimizin aşağı olmasına baxmayaraq, bank sektorunda 2024-cü ildə 10-15% artım gözləyirik.
Bu barədə "S&P Global Ratings" beynəlxalq kredit reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, ölkənin bank sektorununun böyüməsi böyük ölçüdə istehlak kreditləşməsinin artımı ilə bağlı olacaq.
S&P həmçinin əlavə edib ki, Azərbaycanın bank sisteminin maliyyələşdirmə profili güclənib: "2016-cı ildən bəri biz pərakəndə və ya korporativ depozitlərin əhəmiyyət ölçüdə xaricə getdiyini görməmişik. Düşünürük ki, əsas müştəri depozitləri növbəti bir neçə il ərzində kreditləri maliyyələşdirəcək və xarici maliyyələşdirmə ehtiyacını aradan qaldıracaq".
Reytinq agentliyi vurğulayıb ki, Azərbaycanda depozitlərin dollarlaşması region ölkələri ilə eyni səviyyəyə enib. Həmçinin, qeyri-rezident depozitlərinin həcmi 5%-dir ki, bu da region ölkələrindən xeyli aşağıdır. / banker.az

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?