S&P: Azərbaycan bank sektorunun gəlirliliyi 2024-2025-ci illərdə sabit olacaq

S&P: Azərbaycan bank sektorunun gəlirliliyi 2024-2025-ci illərdə sabit olacaq"Azərbaycan bank sistemi uzun sürən korreksiyadan sonra bərpa olunur".
Bu barədə "S&P Global Ratings" beynəlxalq kredit reytinq agentliyinin Azərbaycanın bank sektoru ilə bağlı qiymətləndirməsində bildirilib.
Qeyd edilib ki, əmtəə qiymətlərinin əlverişli dinamikası kredit tələbini stimullaşdırıb, bu isə aktivlərin keyfiyyətinin yaxşılaşması ilə nəticələnib. Bank sisteminin 2021-2023-cü illərdə yüksək kreditləşmə ilə bərpa prosesini davam etdirəcəyi gözlənilir.
"S&P Global Ratings" ölkənin bank sektorunun gəlirliliyini isə sabit olacağını gözləyir: "Biz 2023-cü il səviyyələrinə uyğun olaraq 2024-cü ilin gəlirliliyini proqnozlaşdırırıq. Sektorunun kapitalının gəlirliliyi (RoAA) 2024-2025-ci illərdə 2,1% təşkil edəcək. Gözləntimiz pərakəndə məhsullara, risk dəyərinin normallaşdırılmasına və əməliyyat xərclərinə nəzarətə yönəlmiş yeni kredit artımına əsaslanır".
S&P həmçinin, aktiv keyfiyyətinin orta dərəcədə pisləşəcəyi gözləntisindədir. Belə ki, problemli kreditlərin 2024-cü ilin aprel ayının sonundakı 2.7%-dən növbəti 24 ay ərzində 3.5%-ə qədər artacağı proqnozlaşdırılıb. Agentlik bunu sektorun kredit portfelinin artım dinamikasının əvvəlki illərə nisbətən aşağı olması və bankların əlavə ehtiyat ehtiyacları ilə qarşılaşacağı gözləntisi ilə əlaqələndirib. Belə ki, S&P 2024-2025-ci illərdə kredit portfelinin 13% artacağını proqnozlaşdırıb. 2023-cü ildə bu rəqəm 18% təşkil edib. Əlavə edilib ki, 2024-2025-ci illərdə kredit itkiləri portfelin 1,0%-1,2%-i səviyyəsində qalacaq. / banker.az

Banklar     Tarix: 02 avqust 2024

Oxşar xəbərlər

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

AMB valyuta bazarındakı vəziyyəti açıqladı – Manat möhkəmlənir

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tarixi maksimuma çatdığı bir vaxtda valyuta bazarında təklifin tələbi üstələməsi, manatın möhkəmlənməsi istiqamətində təzyiqlər və Mərkəzi Bankın alış yönlü əməliyyatlar

ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb. S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsin

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap


iqtisadi xeberler dollar mezenne bank faizleri investisiya 1000 manatla biznes