"S&P" Azərbaycanın 3 bankının kredit reytinqini təsdiqləyib
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 bankının – "Kapital Bank", "PAŞA Bank" və "Muğanbank"ın kredit reytinqini təsdiqləyib.
Bu barədə "S&P Global Ratings"in məlumatında bildirilib. "S&P" "Kapital Bank"ın uzunmüddətli kredit reytinqini "BB-", "PAŞA Bank"ın "B+", "Muğanbank"ın isə "B-" səviyyəsində təsdiqləyib. "Standard and Poor"s" hər üç bankın baza səviyyədə reytinqini "b+" olaraq qiymətləndirib. Sözügedən bankların reytinqləri üzrə proqnozu isə sabit saxlanılıb.
Qeyd edək ki, "S&P" Mərkəzi Asiya və Qafqaz banklarının median reytinqi isə "B+" səviyyəsində qiymətləndirdiyini açıqlayıb. "Mərkəzi Asiya və Qafqaz bankları üzrə reytinq proqnozlarının əksəriyyəti sabitdir və bu, region banklarının öz bank sistemlərindəki güclü iqtisadi və sənaye tendensiyaları fonunda gələn ildə də güclü maliyyə nəticələri verməyə davam edəcəyinə dair gözləntilərimizi əks etdirir"- "Standard and Poor"s" əlavə edib. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"Freelance" nədir?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt