"S&P" yaxın 2 ildə Azərbaycan banklarının stabil maliyyələşmə profilini qoruyub saxlayacağını proqnozlaşdırır
"S&P Global Ratings" agentliyi Azərbaycan banklarının növbəti iki il ərzində sabit maliyyələşmə profilini qoruyub saxlayacağını gözləyir.
Bu barədə "S&P"nin məlumatında bildirilir.
"Pərakəndə depozitlərin artımı bankların maliyyələşmə sabitliyini dəstəkləyir. Sistem üzrə kreditlərin əsas müştəri depozitlərinə nisbəti (ev təsərrüfatı depozitlərinin 100%-i və korporativ depozitlərin 50%-i nəzərə alınmaqla) 130%-dən aşağı səviyyədə qalacaq ki, bu da regional analoqlarla müqayisədə əlverişli göstəricidir. 2025-ci ilin sonuna korporativ depozitlər təxminən 56%, qalan hissəni isə pərakəndə depozitlər təşkil edib",- hesabatda qeyd olunur.
Agentlik həmçinin vurğulayır ki, depozitlərin dollarlaşma səviyyəsi 2015-ci ilin sonundakı 79%-lə müqayisədə 2025-ci ilin sonuna tədricən azalaraq 32%-ə enib.
"Rusiyadan daxil olan diaspor vəsaitləri hesabına Azərbaycanda qeyri-rezident pərakəndə depozitlərin payı 2021-ci ilin sonundakı 3%-dən 2025-ci ilin sonuna 9%-ə (1,5 mlrd AZN) yüksəlib. MDB-nin digər ölkələrində olduğu kimi, uzunmüddətli maliyyələşməyə çıxış məhduddur, buna görə də Azərbaycan banklarının əksəriyyəti daxili resurslara əsaslanmaqda davam edəcək",- deyə S&P-nin hesabatında vurğulanır. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?