Tələbələr üçün "Emosional zəka" və "Karyeraya doğru yol" adlı təlimlər keçirilib

Tələbələr üçün ®Geniş xidmət şəbəkəsi və müştərilərinə təqdim etdiyi müasir həllərlə ölkənin maliyyə sektorunda əhəmiyyətli rol oynayan Kapital Bank, həmçinin gənc kadrların inkişafına və cəmiyyətin rifahına yönəlik müxtəlif layihələr həyata keçirir. Xüsusən təhsilə dəstək istiqamətində bir çox layihələrlə gündəmə gələn bank, tələbələrin peşəkar kadr kimi inkişaf etdirilməsi mövzusunda ölkənin bir çox ali məktəbi ilə əməkdaşlıq edir. Bunun üçün Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən "Kapital Bank" otaqları fəaliyyət göstərir. Bu otaqlarda tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı vaxtaşırı bankın peşəkar mütəxəssisləri tərəfindən təlimlərə cəlb olunurlar. Bu istiqmaətdə növbəti təlim Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutub. 
Belə ki, ötən gün Karyera Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə tələbələr üçün "Emosional zəka" və "Karyeraya doğru yol" adlı interaktiv təlim və vörkşop keçirilib. Tələbələrlə öz təcrübələrini Kapital Bank-ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova və İşçi bağlılığı və motivasiya şöbəsinin Baş mütəxəssisi Nərmin Əhmədzadə bölüşüb. 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Təlimlər düzgün karyera planlamasının aparılması, işə qəbul prossesinin ardıcılıqları, müsahibə zamanı diqqət olunmalı məqmalar, emosiyaların idarə edilməsi, onların düzgün yönləndirilməsi və istifadəsi kimi mövzularda verilib. Eyni zamanda təlimçilər tərəfindən interaktiv vörkşop və komanda oyunları keçirilib. 
"Auditoriyada məzun var" layihəsi çərçivəsində isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmuş Nərgiz Əzimova öz karyera yolunu tələbələrlə bölüşüb, onların suallarını cavablandırıb.  
Sonda layihədə aktiv iştirak edən tələbələrə hədiyyə və sertifikatlar təqdim olunub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 23 oktyabr 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes