TuranBank uşaq sığınacağındakı gənc qızlara dəstək olub

TuranBank uşaq sığınacağındakı gənc qızlara dəstək olub®Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq "Azərbaycan Uşaqları" İctimai Birliyinə dəstək olub. 
Belə ki, "Zərif əldən cəsur ürəklərə" layihəsi çərçivəsində Bank "Azərbaycan Uşaqları" İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını artırmaq məqsədilə hazırladıqları simvolik bəzək əşyalarının satışını dəstəkləyərək onların təhsil xərclərinin qarşılanmasını təmin edib.
Layihənin məqsədi zorakılığa məruz qalan və kimsəsiz qız uşaqlarının sosial və iqtisadi müstəqilliklərini təmin etməklə yanaşı, onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə müstəqil həyat qurmaq və cəmiyyətdə daha aktiv iştirak etmək üçün zəruri bilik və bacarıqları əldə etmələrinə dəstək verməkdir. Eyni zamanda, onların təhsil imkanlarını genişləndirməyə, şəxsi və peşəkar inkişaflarını təmin etməyə və daha yaxşı gələcək perspektivləri üçün əsaslar yaratmağa xidmət edir.
Məlumat üçün bildirək ki, Bank hazırlanmış simvolik bəzək əşyalarını xanım əməkdaşlarına təqdim etməklə zərif əllərin və cəsur ürəklərin gücünü birləşdirərək daha sağlam və dayanıqlı bir cəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyir. 
Qeyd edək ki, TuranBank bundan sonra da gənc qızların, xanımların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərini davam etdirəcək. 
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır… / banker.az

Banklar     Tarix: 07 mart 2025

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler biznes xeberleri bitkoin online pul qazanmaq avtomobil xeberleri