Türkiyə "Mir" sistemi ilə işləmək üçün yeni bank yarada bilər

Türkiyə Türkiyə Rusiyanın "Mir" ödəniş sisteminin kartları ilə işləmək üçün yeni bank və ya hesablaşma mərkəzi yarada bilər.
Rusiyanın "İzvestiya" qəzeti xəbər verir ki, bu barədə fikri Rusiya-Türkiyə Biznes Şurasının direktoru Aleksey Yeqarmin irəli sürüb.
A.Yeqarminin sözlərinə görə, Türkiyə "Mir" sistemi ilə maliyyə əməliyyatlarının aparılması üçün alternativ variantları, o cümlədən ABŞ və Avropa İttifaqının (Aİ) sanksiya təzyiqindən asılı olmayan bankın yaradılmasını nəzərdən keçirir:
"Ola bilsin bu, xüsusi bank, yaxud blokçeyn hesablaşmalarına və ya qapalı klirinqə əsaslanan xüsusi sistem olacaq. Ola bilsin ayrıca hesablaşma mərkəzi. Biz axtarırıq və yaxın günlərdə təqdim edəcəyik – bu, Türkiyənin mövqeyidir".
Qeyd edək ki, Türkiyənin özəl bankları "İş Bankası" və "Denizbank" sentyabrın 16-da ABŞ Maliyyə Nazirliyinin Rusiyanın xaricdə ödəniş sistemindən istifadəni genişləndirmək cəhdlərini dəstəklədiyinə görə sanksiyalar tətbiq etmək niyyətini açıqlamasından sonra "Mir" kartlarının qəbulunu dayandıracaqlarını açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə aidiyyatı nazirliklərə ölkədə "Mir" kartlarından istifadənin alternativlərini işləyib hazırlamaq tapşırıb. Bu məsələ hökumətin sentyabrın 26-da keçirilən iclasında, eləcə də sentyabrın 23-də Prezidentin Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və aparıcı yerli bankların rəhbərləri ilə görüşündə müzakirə olunub. Onlarla bağlı heç bir qərar verilməyib. / banker.az

Banklar     Tarix: 29 sentyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

BOKT-un maliyyə nəticələrində güclü artım

BOKT "EMBAFİNANS" QSC 2026-cı ilin ilk 6 ayını (yanvar - iyun) 6 milyon 684,6 min manat xalis mənfəətlə başa vurub. şirkətin baza emissiya prospektinə əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatların


iqtisadi xeberler valyuta mezennesi rubl mezenne dollar məzənnəsi bu gunun xeberleri