Türkiyənin 2-ci ən böyük özəl bankı plastik kartları və POS-terminal aparatını tamamilə ləğv etmək istəyir

Türkiyənin 2-ci ən böyük özəl bankı plastik kartları və POS-terminal aparatını tamamilə ləğv etmək istəyirTürkiyənin ikinci ən böyük özəl bankı "Garanti BBVA" bankının Ödəniş Sistemlərinin baş direktoru və bankın baş direktorunun müavini Murat Çağrı Süzer plastik kartları və POS-terminal aparatını tamamilə ləğv etmək istədiklərini açıqlayıb. Banker.az xəbər verir ki, Bloomberg HT televiziyasında Maliyyə Texnologiyaları proqramının qonağı olan Süzer, bankın Ödəniş Sistemlərinin gündəmində iki əsas məsələnin olduğunu vurğulayıb: şəffaflıq və rəqəmsal slip.
"Elektron ticarət artdıqca müştərilərə şəffaflıq təmin etməliyik. Şəffaflığın tərifi aşağıdakı kimidir: E-ticarətdən alış-veriş edən müştərilərimizlə sorğu apardıqda görürük ki, 10 müştəridən 7-si kartlarını hardasa saxlayır. Ancaq kartlarını harada saxladıqlarını soruşduqda 3 müştəri bilir, 7 müştəri dəqiq nömrə verə bilmir, xatırlamır. BonusFlaş üzvlükləri bölməsində müştərilərimiz kartlarının harada saxlandığını görə bilərlər. Artıq saxlamaq istəmədiyi yer varsa, bir düyməyə basaraq həmin saytdakı yaddaşı ləğv edə bilər. Diqqət yetirdiyimiz digər məsələ isə ətraf mühitə təsirdir. İndi POS-lardan çıxan slipləri ləğv edirik. Artıq müştərilərimiz BonusFlaş-a daxil olaraq "POS-lardan sliplərin çıxmasını istəmirəm" seçərək rəqəmsal slip tətbiqinə başlaya bilərlər. Biz plastik kart və POS-terminal aparatını tamamilə ləğv etmək istəyirik" – deyə, Süzer bildirib.

Banklar     Tarix: 31 oktyabr 2022

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,


iqtisadi xeberler valyuta kurslari bitcoin qiymeti birbank telefonla pul qazanmaq