Uğurlu strateji plan üçün 4 sual

Uğurlu strateji plan üçün 4 sualUzunmüddətli məqsədlərinə vaxtında nail olmaq istəyən hər bir qurum strateji planını formalaşdırmalı, baş verən dəyişikliklər fonunda isə bu planı mütəmadi olaraq yeniləməlidir. Təbii ki, onun icrası, dövri olaraq monitorinqi və qiymətləndirilməsi müzakirəolunmazdır, axı bu prosesin tərkib hissəsidir.
Lakin formalaşdırılan hər bir strateji plan uğurlu olurmu? Təəssüf ki, xeyr. Çünki bir çox araşdırmalar üzrə rəqəmlər onu deməyə əsas verir ki, strateji planların yalnız 30%-i uğurla nəticələnir.
+ Bəs, uğuru təmin edən ən mühüm faktor nədir?
–  Doğru suallar.
+ Bəs, bu suallar hansılardır?
–  Gəlin aşağıdakı paraqrafla davam edək.
Bu kontekstdə bir sıra versiyalar olsa da, ən böyük konslatinq şirkətlərindən elmi araşdırma, məqalə və bir çox sahələrdəki empirik təcrübələrə qədər hər kəsin 4 sualda razılaşdığını əminliklə demək olar. Əslində digər mümkün suallar da ya bu 4 suala zəmin yaradır, ya da onları daha da dəstəkləyir. Nəhayət ki həmin suallar:
Sual 1: Biz indi haradayıq?
Bu sual qurumun fəaliyyət göstəridiyi ölkənin iqtisadi, sosial və biznes mühitinin təhlilindən qurumun daxili resurslarının təhlilinə qədər bütün məsələlərə cavab axtarır. Çünki, növbəti mərhələdə qurum üçün müəyyən ediləcək strateji məqsədlər, həmin məqsədlərin sayı və həcmi məhz mövcud vəziyyətin, mövcud resursların müəyyənləşdirilməsindən asılı olacaq. Resurslar nə qədər zəngin və əlverişli olarsa qurum bir o qədər "iddialı" məqsədlər müəyyənləşdirə biləcək.
Bonus: Bu təhlili aparmaq üçün SWOT, PESTLE, Porter"s five forces, Four corner"s analysis və Value chain analysis kimi strateji təhlil alətləri sizə faydalı olacaqdır.
Sual 2: Gələcəkdə özümüzü harada görürük?
Növbə qurumu əhatə edən (xarici) və sahib olduğu (daxili) resurslar əsasında strateji məqsədlərinin müəyyənləşdirilməsindədir. Bu zaman müəyyən ediləcək məqsədlər xarici və daxili resurslarla uyğunluq təşkil etməklə yanaşı, həmin məqsədlər Spesifik, Ölçülə bilən, Əlçatan, Uyğun və Zamanla məhdudlaşdırılmış olmalıdır. Bəli, bu SMART yanaşmadır.
Bonus: SMART yanaşma bu mövzuda tətbiq edilən ən geniş alətdir.
Sual 3: Müəyyənləşdirilmiş məqsədlərə necə nail olacağıq?
Məqsədlər müəyyənləşdi. Növbə həmin məqsədlərə nail olma vasitələrindədir. Bunun üçün həmin qurum müəyyən etdiyi məqsədlərin reallaşması üçün konkret olaraq ölçüb-biçdiyi tədbirlərdən, fəaliyyətlərdən ibarət bildiyimiz "tədbirlər planı"nı, "fəaliyyət planı"nı formalaşdırılır. Bu zaman bu planlar məqsədlərin reallaşdırılmasına nə qədər uyğun, nə qədər aidiyyəti olarsa müəyyənləşdirilmiş məqsədlərə bir o qədər uğurla nail olmaq olar. Xüsusilə ölçüləbilən icra indikatorlarının olması həm tədbirlərin, həm də dolayısı ilə strateji məqsədlərin icra olunmasını qaçınılmaz edəcəkdir (ölçə bilmədiyiniz nəyi isə idarə etmək və ondan nəticə almaq asan olmayacaqdır).
Sual 4: Müəyyənləşdirilmiş məqsədə nail ola bilmişikmi?
Tədbirləri də icra etdik. Lakin bu tədbirlərə, dolayısı ilə strateji məqsədlərə hansı həcmdə nail olunub-olunmaması isə mütəmadi olaraq bu tədbirlərin monitorinq edilməsi və müəyyən periodlar (rüblük, yarımillik) üzrə  qiymətləndirilməsindən asılıdır. Qiymətləndirilmələr həmin tədbirlər üzrə həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri üzrə aparılmalıdır. Siz bu qiymətləndirmənin nəticəsində strateji məqsədlərinizə hansı ölçüdə nail olduğunuzu müəyyən edə biləcəksiniz.
Sonda qeyd etməliyəm ki, strateji planının icrasının davamlı olaraq uğurla aparmaq və plan üzrə müəyyən edilmiş strateji məqsədlərə nail olmaq üçün hər zaman nəzərdə tutulmalı və riayət edilməli faktor –  kommunikasiyadır.
Müəllif: Orxan Məmmədli

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir

2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra ABŞ Rusiyanı qlobal maliyyə sistemindən təcrid etməyə çalışdı. Bunun nəticəsində bir çox ekspert dolların iqtisadi təzyiq alətinə çevrilməsinin dünya iqtisadiyyatını

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı

ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti M6 prosessoru ilə təchiz edilmiş yeni 24 düymlük iMac və 14 düymlük MacBook Pro kompüterlərini təqdim edib. Yeni modellər şirkətin kompüter məhsulları seriyasını yeniləmək strategiyasını

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı

Son aylarda İlon Mask uzun müddətdir reallaşdırmaq istədiyi arzusuna çatmaq üçün ABŞ-nin ən böyük telekommunikasiya şirkətlərinin rəhbərlərinə müraciət edib. Sahibkar Verizon və digər korporasiyaların rəhbərliyindən SpaceX-

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla


iqtisadi xeberler internetden pul qazanmaq kicik biznes iqtisadiyyat xeberleri pul qazanmaq