Unibank birinci yarımili yüksək nəticələrlə başa vurub

Unibank birinci yarımili yüksək nəticələrlə başa vurub"Unibank" KB ASC 2023-cü ilin ikinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötəni ilin uyğun dövrü ilə müqayisədə bankın xalis mənfəəti kəskin artıb, aktivlərin həcmi milyard yarımı keçib, kredit portfeli üzrə rekord göstərici əldə olunub.
30 iyun 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti ötən ilin uyğun dövrü ilə müqayisədə 20 milyon artaraq 28 milyon manatı keçib. Cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 % artaraq, 148 milyon manat olub. Bankın xalis mənfəəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 dəfə artıb. Bununla da Unibank bu ilin birinci yarısını 9.2 milyon manat xalis mənfəətlə başa vurub.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2023-cü ilin birinci yarısını bank üçün uğurlu və inkişaflı dövrlərdən hesab edir:
"İlk yarım il ərzində əldə etdiyimiz nəticələr, bankın dayanıqlı inkişafının davam etdiyini və bazar mövqeyinin uğurla möhkəmləndiyini göstərir. Bankın sürətli artımı ilə bərabər kapital mövqeyinin möhkəmlənməsi, xalis mənfəətin həcmindəki ciddi artım, real sektora dəstəyin daha da çoxalması, müştəri əmıliyyatlarının əsasının tədricən rəqəmsal müstəviyə keçidi, bankın stabil və davamlı inkişafının göstəricisidir. Biz çox şadıq ki, son illərdə həyata keçirdiyimiz böyük büdcəli sərmayə layihələri, o cümlədən Leobank layihəsi artıq öz bəhrəsini verməyə başlayıb. Bu xoş nəticələr 2023-cü il üçün qarşıya qoyduğumuz hədəflərə nail olmaqda və müştərilərimiz üçün daha yaxşı layihələr icra etməkdə əminlik yaradır".
Bankın kredit portfeli rekord həddə çataraq ilk dəfə milyardı ötüb və 1 milyard 5 milyon manata çatıb. Bu həm də 2022-ci ilin ilk yarısı ilə müqayisədə 21% artım deməkdir.
Portfelin strukturunda biznes kreditlərinin payı artıb. Biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 17 % artaraq 311 milyon manata yaxın olub. Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 41 % artaraq, 155 milyon manata çatıb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı,  skorinq sistemi ilə saniyələr ərzində sürətli kreditin verilməsi və digər üstünlüklər Unibankı seçən mikro müştərilərinin sayının artmasına imkan yaradıb. Ötəni ilin uyğun dövrü ilə müqayisədə mikro müştərilərin sayında 21 % artım olub.  2022-ci ilin eyni dövrü ilə müqayisədə bankı seçən biznes sahiblərinin sayı isə ümumilikdə 32 % artıb. Geniş müştəri  bazasına çıxmaqla, biznes kredit portfelinin diversifikasiyası da təmin olunub.
Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 2-ci rübü ilə müqayisədə 27 % artaraq, 140 milyon manat olub. Yüksək artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12,6 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 560 milyon manatı ötüb.  
Əmanətlərin həcmi isə 114 milyon manat artaraq, 614 milyon manata çatıb. Cari hesab qalıqlarındakı vəsaitin həcmində isə ötən ilin eyni dövrü ilə müqayisədə 70 %-lik  artım qeydə alınıb.  
2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci yarımilində Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 2.6 dəfə artaraq, 4 milyard manata çatıb. Müştərilərin Unibank kartlarına yüksək marağı, ötən ilin eyni dövrü ilə müqayisədə kart sahiblərinin sayında 30 %-i ötən artımla nəticələnib. 
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 31 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.   / marja.az

Banklar     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler birbank bitcoin bitcoin qiymeti dollar mezenne